Əhəd Abıyevin rəhbər olduğu rayona pul ayrılıb, amma yol çəkilməyib - VİDEO




Daşkəsənin Çıraqlı  kəndinin sakinləri  yol probleminə  görə  çətinlik çəkirlər.
 
Çıraqlı  kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə  edilir.
 
Kənd  yolu bərbat vəziyyətdə olduğundan hər  maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.
 
Yolun olmaması sakinlərə problemlər yaradır.
 
Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.
 
Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.
 
2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.
 

 


Tarix: 7-07-2021, 09:47
Xəbəri paylaş



Xəbər lenti