Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev evi yanan Qarabağ döyüşçüsünə kömək etmir.
Bu barədə Manşet.az-a müraciət edən Aprel və ikinci Qarabağ döyüşlərində iştirak edən Fərhadzadə Firdovsi Firudin oğlu bildirib:
“Keçən ayın 14-ü bizim Babi kəndində olan evimiz yandı. 90 kvadratmetrlik evimiz tamamilə yandı. Mən Füzuli rayon İcra Hakimiyyətinə müraciət etdim. Başçı yalnız dam örtüyü verməklə kifayətləndi. Başqa heç bir yardım edilmədi. Mən özüm də xəstəxanada olduğumu yanmış evimi təmir etdirə bilmirəm. Üç azyaşlı övlad sahibiyəm. Kiçiyinin bir yaşı, böyük uşağımın 4 yaşı var. Anam və üç azyaşlı övladım hazırda çadırda yaşayır. Mən özüm Füzuli, Xocavənd döyüşlərinin iştirakçısıyam. Qüsursuz xidmətimə görə medalla təltif olunmuşam. Aidiyyatı qurumlardan kömək gözləyirəm”.