“ÇOBAN EVİ”NDƏ “QURDLAR VADISI”: Beyləqanin icra başçısı və pulyeyən şəbəkəsi toplaşdı, jurnalistin həbsinə fətva verildi



“ÇOBAN EVİ”NDƏ “QURDLAR VADISI”: Beyləqanin icra başçısı və pulyeyən şəbəkəsi toplaşdı, jurnalistin həbsinə fətva verildi
Bir neçə gün öncə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və pulyeyən şəbəkəsi rayonun mərkəzindən təxminən 17 km məsafədə yerləşən, “gözdən uzaq, könüldən iraq” bir məkanda – “Çoban Evi”ndə masa ətrafında toplaşıblar. Asif Ağayevin və onun korrupsiya ortaqlarının birgə masa arxasında toplaşmasına səbəb isə son günlər Beyləqan rayonu ilə bağlı, həm rayonun abadlığına ayrılan dövlət vəsaitlərinin böyük hissəsinin təyinatdan kənar tutularaq mənimsənilməsi, həm də icra başçısı Asif Ağayevin başarısız idarəçiliyi və uğursuz kadr təyinatları ilə əlaqəli Realmedia.az saytında gedən tənqidi yazılardır.

İcra başçısı və başçılıq etdiyi mafiya üyeləri uzun çəkən müzakirədən sonra belə bir qərara gəliblər ki, yazıların müəllifi olan sayt rəhbərini aradan götürmək lazımdır. İcra başçısı yumruğunu qeyzlə masaya çırparaq net bir şəkildə bildirir ki, mütləq o jurnalisti zərəsizləşdirmək lazımdır. Yoxsa, o, imkan verməyəcək ki, işimizi (?) görək. Elə bun görə də icra başçısı Ramin Məhəmmədoğlunun həbsimə “fərman” imzalayır.

P.S. Atalar belə yerdə deyir ee, sən saydığını say, gör fələk nə sayır. Başqa bir məsəl də var ki, deyirlər dərin qaz, dayaz qaz, axırda özün düşəcəksən. İndi, ay Asif qağa, nə sənin, nə də qul – beçələrinin gücü daxilində deyil ki, məni həbs etdirəsiniz. Mən sizin üçün vəsait deyiləm ki, bir qələmlə xərcləyəsiniz. Həbsə gedəsi şəxslər varsa, o da sizlərsiniz, mən yox.

Nə edirsiniz – edin, harda konsey qurub nə planlar hazırlayırsınız – hazırlayın, ancaq bilin ki, mən düşündüyünüz qədər nə ağılsız, nə də asan yem deyiləm. Unutmayın, nə hiylələr yapıb işlər çevirsəniz də, məni haqq yolumdan döndərə bilməyəcəksiniz. Törətdiyiniz nə qədər qanunsuz əməlləriniz, korrupsiya hüquqpozmalarınız varsa, hamısını bircə – bircə üzə çıxaracağam. Qəti əmin olun ki, bunları edəcəyəm.

Ramin Məhəmmədoğlu,
RealMedia.az saytının baş redaktoru
Tarix: 19-06-2021, 23:44
Xəbəri paylaş



Xəbər lenti