Göygöldə yaradılan donuz ferması sakinləri narahat edir - VİDEO
Göygöl şəhəri, Şıxlinski küçəsində yaşayan Ramiz Mustafayev həyətyanı sahəsində donuz saxlamaqla bütün qonşuları narazı salıb.
Pravda.az-ın məlumatına görə, fermadan ətrafa yayılan qoxu artıq sakinləri təngə gətirib.
Qonşular deyirlər ki, ərazidə kəskin qoxu var və antisanitariya hökm sürür. Vəziyyət getdikcə dözülməz hal alır.
Ərazidə yaşayanlar problemdən çıxış yolu tapmaq üçün mümkün olan bütün variantlara əl atıblar. Onlar aidiyyəti qurumlara müraciət ediblər.
Küçə sakinlərinin sözlərinə görə, bir müddət əvvəl sahibi donuzları Mollacəlilli kəndindəki əraziyə köçürübmüş, ancaq sonradan geri gətirmək qərarına gəlib.
Ramiz Mustafayev deyir ki, donuzları köhnə yerinə müvəqqəti qaytarıb və tezliklə başqa əraziyə köçürəcək.
Göygöl Rayon Polis Şəbəsindən isə bildirirlər ki, vətəndaşların müraciəti əsasında artıq Ramiz Mustafayevə qarşı inzibati tənbeh tədbiri görülüb.