Adı korrupsiya ittihamında hallanan keçmiş “pensiya alverçisi” Anar Vəliyevin rəisi olduğu Beyləqan Mənzil İstismar Sahəsinin cəmi 22 nəfərlik ştat cədvəli ilə manipulyasiya etməsi, uzun illərdir dostluq etdiyi Bulud Aslanovu MİS rəisinin müavini vəzifəsinə gətirməsinin səmərəsizliyi barədə iki gün əvvəl oxuculara təqdim etdiyimiz “Beyləqan: Dövlət qulluğunda kadr siyasəti “Xaç Atası”nın əlini öpməklə tənzimlənir” sərlövhəli məqalə dərc olunandan sonra qəhrəmanımızın reaksiyası özünü çox gözlətməyib.
RealMedia.az-ın etibarlı mənbədən aldığı məlumata görə, Anar Vəliyev Ramazan ayı bitəndən sonra iştirak etdiyi elə ilk içki məclisində nəyə görə KİV-in tənqidinə tuş gəldiyi barədə ona verilən sualı cavablandırarkən, hər şeyi Rayon İcra Hakimiyyətinin başçısının üzərinə atıb. Deyib: “Mən kiməm ki, kadr təyin edəm, azad edəm? Külli ixtiyar cənab başçının əlindədir. Biz yalnız buyruq quluyuq”.
Sərxoş olub məhrəm hesab elədiyi adamların yanında “xoruz buraxması” Anar Vəliyevin çoxdankı adətidir. Belə ki, Vəliyevin necə deyərlər, “bir suyu” məşhur türk müğənni İbrahim Tatlısəsə oxşadığından, ona gənc vaxtlarında “İbo” deyənlər çox olub. O, özü də belə çağırılmaqdan xoşlanırmış. Məlumatda həmçinin qeyd olunur ki, A.Vəliyevin bu “xoş damarını” tapan yüngülməcaz qadınlar ona “İbo, İboşum” deyərək ruhunu qanadlandırır, ciblərinin ağzını geniş açmağa vadar edirmişlər. Belə əzizləmələri, oxşamaları səmimi qəbul edən A.Vəliyev o qədər təsirlənirmiş ki, İbrahimə bənzədiyinə əmin olmaq üçün çox sevdiyi əyləncə məkanı olan “Cənnət bağı” restoranında güzgünün önündə dayanıb zümzümə də edirmiş:
Aynanın karşısına geç,
Yüzüne bak benim için.
Bir ayrılık şarkısı seç,
Sessizce çal benim için…
Beləliklə onlar çəpik çalırmışlar, bu da oxuyurmuş. Hərdən də əksinə…
P.S. İbrahim Tatlısəsdən, onun ifasında mahnılardan, çəkildiyi filmlərdən çoxlarının xoşu gəlir. Ünlü müğənninin, gözəl aktyorun pərəstişkarlarını məyus edən yeganə səbəb o olur ki, filmin axırında İbo öldürülür, ya da özünü öldürür. İraq Anar Vəliyevdən. Hərçənd, korrupsiyaya bulaşmış məmurlar arasında da bəzən intihara əl atanlar olur. Daha pisi odur ki, “Xaç atası”nın gözündən düşəsən – o halda mafiya həmin şəxsin özünəqəsdini səhnələşdirə də bilərlər.
P.S.S Anar Vəliyev DSMF-nun Beyləqan rayon şöbəsinə rəhbərlik edərkən korrupsiya hüquqpozmalarına, böyük həcmdə yeyintiyə yol verib. İdarədə aparılan yoxlamalar zamanı yeyinti faktı aşkarlandığına görə Anar Vəliyev işdən çıxarılıb və mənimsədiyi vəsaitlər ödənilib. İndi ortaya belə bir sual çıxır. Bu şəxsə ikinci dəfə ehtibar edib vəzifə həvalə etmək olarmı, cənab başçı?
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Tarix: 20-05-2021, 23:40