Həbs edilən bələdiyyə sədri ifadəsində Əhəd Abıyevin adını çəkdi – “Göstərişi o verib…”


DTX-nın Daşkəsəndə keçirdiyi əməliyyatın istintaqı davam edir. Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.
“SAVAŞ” xəbər verir ki, “Hürriyyət”in əldə etdiyi məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.
Sayt yazır ki, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır.
Ehtimala görə, qanunsuz olaraq işbazlara satılan torpaq sahələri birbaşa Daşkəsənin icra başçısı Əhəd Abıyevin vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.
Tarix: 6-05-2021, 16:51
Xəbəri paylaş



Xəbər lenti