Göyçayda Qarabağ Qazisinə əl uzadan yoxdur - "Maddi durumum buna imkanı vermir..."


Göyçay rayon, Mallı-Şıxlı kənd sakini Yusif Məmmədov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, əlillik dərəcəsi ala bilmir.

Yusif Məmmədov sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Sentyabrın 30-da Murov-Kəlbəcər istiqamətində gedən döyüşlərdə belindən yaralanıb.

“Yaralandıqdan sonra məni ilk olaraq Naftalana gətirdilər. Bir gün orada qaldım, daha sonra Gəncəyə, sonra isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirlidim. Üç ay müddətində burada müalicə olundum. Ancaq maddi imkansızlıq səbəbindən müalicəmi dayandırdım”.

Y. Məmmədovun sözlərinə görə, sinir sisteminin zədələnməsi ilə əlaqədar olaraq ayaqlarının hissiyatı getdikcə zəifləyir. Əgər vaxtında müalicə olunmasa, ayaqları öz fəaliyyətini itirəcək.

“Həkimlərin dediyinə görə, Türkiyə və İsraildə tam olaraq müalicə olunub, əvvəlki sağlamlığıma qovuşa bilərəm. Amma maddi durumum buna imkanı vermir, fiziki qabiliyyətim isə məhduddur”.

Şikayətçi bildirir ki, ona əlillik dərəcəsinin təyin edilməsi üçün Mərkəzi Hərbi Klinik Hospitalından şəhadətləndirmə göndərilməlidir, ancaq neçə müddətdir gözləyir.

“10-15 gün bundan əvvəl sənəd üçün Hospitala təkrar müraciət etdim. Özüm Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olduğum üçün, bildirdilər ki, şəhadətləndirmə ora göndəriləcək. Oradan da köçürüləcək Bakıya, xəbər edərik, gəlib götürərsiniz. Ancaq cavab gəlmədi, təkrar zəng etdim, dedilər “gözləyin””.



 
Tarix: 5-05-2021, 17:49
Xəbəri paylaş



Xəbər lenti