Şərəfli kişi şəhidinin də ailəsinin namusunu özünün namusu bilir.
Məmurların qəribə şakəri var. Onlarla bağlı tənqidi yazılara görə, xahiş etmədikləri, ağız açmadıqları ünvan qalmır. Hətta dəfələrlə görmüşük ki, o boyda rayonun icra başçısı xahiş edir ki, nəvəmdən utanıram, nəvəmin dostları baxır, yazıları tez çıxardın.
Görəsən böyük bir rayonun icra başçısı ona etimad göstərən möhtərəm Prezidentdən niyə utanmır?
İcra başçısı başına oyun açmadığı 100-150 minlik rayonun sakinlərindən niyə abır-həya etmir ?
Görəsən icra başçısı niyə dövlətin qanunlarından qorxmur ?
Qanunlar bir yana heç Allahdan da qorxub eləmir.
Amma deyir ki, nəvəmdən, nəvəmin dostlarında utanıram, yazını oxumasınlar...
Heç kimdən utanmayan, abır-həya etməyən, hətta Allahdan qorxmayan icra başçıları QƏLƏM-dən qorxur. Amma xahiş-minnət alınmayanda, saman çöpündən yapışmağa hazır olan icra başçılarının üzü dönür və başlayırlar ŞƏRƏF və LƏYAQƏT-lə bağlı məhkəmə iddiası qaldırmağa...
Bəh-bəh. Bəs neçə gündür yalvaran, rica edən, hər şeyə hazır olan, sən deyildin, ay indi ŞƏRƏF DAVASI edən.
Biz isə deyirik ki, heç kimə zəng eləmə, xahiş eləmə, yalvarma, kiminsə saman çöpündən yapışma, buyur mərhum Ulu Öndər deyən kimi MÖVQEY-ini ortaya qoy.
Axı, bunların heç vaxt mövqeyi olmayıb. Nə şərəf, nə ləyaqət-filan...
Bəli, neçə ildir ki, əvvəl Masallının, indi isə Ağcabədinin icra başçısı olan Rafil Hüseynov onunla bağlı obyektiv tənqidi məqalələr yazan media mənsublarını şərəf və ləyaqət davası ilə hədələyir.
Adamdan soruşarlar ki, oğlu vətəndaşı şalvarsız aparan ata ( kim olur olsun, lap icra başçısı ) hansı şərəfdən danışa bilər ?
Qadını döydürən icra başçısı mənəviyyat davası edə bilərmi ?
Axı, o qadın da bir kişinin arvadı, bir oğulun anası, bir qardaşın bacısıdır. Necə sənin şərəfin olur, o ərin, o qardaşın, o oğulun şərəfi olmur ?
Rafil Hüseynov, bizim sənin şərəf və ləyaqətini müzakirə etməyə nə vaxtımız, nə də həvəsimiz var. Özün bilərsən.
Amma özün de, öz cavan ömrünü vətən yolunda qurban verən şəhidin statusunu şübhə altına qoymaq, onun dul arvadına güc nümayiş etdirmək nə vaxtdan kişilik sayılıb, şərəf hesab olunub?
Həmin şəhidin dul arvadı çörək qazanmaq, əkib-becərmək üçün torpaq istəyir. Torpaq sənin dədənin deyil ki, dövlətindir. Versən nə olar. Onun əri bu torpağın uğrunda döyüşüb şəhid olub.
Şəhidin dul arvadı sənin bacından, yoldaşından, lap gəlinindən əskikdir ?
Bəli, cavan yaşında gözəllik salonuna sahib olan gəlininizdən, Suraxanının icra başçısı Əziz Əzizovun qızından söhbət gedir.
Bəli, həmin gözəllik salonu – Houseofbeatysf(Şəhriyar-digərini hörmət naminə yazmırıq) Yasamal məhkəməsinin arxasında, Ə. Salamzadə 53 ünvanda yerləşir.
Cənab başçı !
Siz bizi məcbur etməyin ki, aradan abır-həya pərdəsini götürək.
Şərəfli kişi şəhidinin də ailəsinin namusunu özünün namusu bilir.
Qalanı təfərrüatlardır, cənab Rafil Hüseynov !
/gundelik-baku.com/
P.S. Teref az olaraq bildirmək istəyirik ki,şəhidin, qazinin anası, bacısı, ailəsi elə hər birimizin ailəsidir və hər birimizə əmanətdir!
Teref.az
Tarix: 2-05-2021, 11:14