Göyçay Yol Polisi Bölməsində nələr baş verir- VİDEOFAKT




Göyçay sakini Əliyev Firdovsinin Göyçay YPX-sındən çikayətini təqdim edir. Şikayətçi həmçinin yazdıqlarının sübutu olaraq videogörüntü təqdim edərək şikayətində yazır:
Göyçay şəhəri Nizami küçsi ev 26 sakini Əliyev Firdovsi Şamil oğlu tərəfindən
MÜRACİƏT
Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Emil Əliyev və Hüseynov Mirxəyal Mirqabil oğlunun qanunsuz əməllərindən sürücülər çox əziyyət çəkirlər. Videodan görünür ki inzibati xəta törədən vətəndaşlar cərimə meydançasına nə cür giribsə elədə çıxır və onlar barədə protokol yazılmır. Yəni nəqliyyat vasitəsi saxlanılması səbəbi aradan qalxmadan cərimə meydançasından buraxılır. Seyid cəddinə arxayın olan kimi Mirxəyal Hüseynovda rəisi Emil Əliyevə arxayındı.
YPX-nin Rəisi Emil Əliyev və əməkdaşı Hüseynov Mirxəyal Mirqabil oğlu işlədikləri bölməni bazar prinsipi ilə idarə edirlər. Göyçay rayonunda sürücülük vəsiqəsi olmayan vətəndaşlar aylıq pul verib sərbəst avtomaşın sürürlər.
Göyçayda kim avtoxuliqanlıq etmək istəyirsə, bununla bağlı sadəcə Göyçay YP-nin rəisi Emil Əliyev və yaxud onun kassiri Hüseynov Mirxəyal Mirqabil oğluna müraciət edib, ayda 250 manat pul ödəmək kifayətdir. Yox, əgər peşəkar avtoxuliqansansa, onda hər ay 350 manat ödəməlisən.
Hər bir pozuntunun özünün qiyməti var. Misal üçün, qırmızı işıqdan keçməyində öz qiyməti var. Ver pulunu, keç qırmızı işıqdan.
Hüseynov Mirxəyal Mirqabil oğlu təkcə Yol Polisi İnspektoru kimi deyil, həmdə Göyçay RPŞ-nin YPX-nin rəisi Emil Əliyevin kassiri kimi çalışır. Avtoşlardan, sürücülük vəsiqəsi olmadan aylıq haqq verib sərbəst maşın sürən vətəndaşlardan və avtomaşını cərimə meydançasına salınan, lakin prtokol yazılmadan çıxan vətəndaşlardan pulu Mirxəyal Hüseynov yığır. Şöbənin digər inspektorları hər gün 100 manat plan verir, həmdə gündə 10 protoklol yazmalıdır. Mirxəyal Hüseynov isə rəisə yaxınlığı sayəsində həmin plandan azaddır. Burda Mirxəyal Hüseynovun xidmətləri böyük rol oynayır. Mirxəyal Hüseynov həmdə restoranlarda (günü 20 manata) günə muzd işçilər saxlayır. Həmin işçilərin sayı iyirmidən çoxdur. Bir bakal pivə içdin, günə muzd işçilər dərhal Mirxəyal Hüseynova xəbər verir. Sual yaranır, Mirxəyal Hüseynov iyirmidən çox işçini hansı vəsaitlə hansı əsasla işlədir ? Cavabı sadədir; sərxoş sürücülərin də qiymətin Mirxəyal Hüseynov 500 manat qoyub. Sərxoş olub, 499 manata Mirxəyal Hüseynovun əlindən çıxan hələ görünməyib, 500 manat vəssalam.
Biz Göyçay rayon sakinləri istəyirik ki, bu video fakta Daxili İşlər Nazirliyndə baxılıb təcili tədbirlər görsünlər.
Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Neqativ.com



Tarix: 29-04-2021, 13:11
Xəbəri paylaş



Xəbər lenti