Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı icra başçısı Covid-19-la mübarizədə vətəndaşlarımızı dövlətin atdığı addımlara dəstək olmağa çağırıb.
Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını, ölkəmizdə eləcə də rayonumuzda Vətən müharibəsindən dərhal sonra aparılan tikinti-abadlıq, bərpa işləri ilə bağlı möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 28-04-2021, 11:12