Bələdiyyə sədri ÖZBAŞINA QALIB Kİ... - Qarabağ Qazisini DÖYÜB...
Beyləqan rayonunun İmamverdili kənd bələdiyyəsində sədrlə qazi arasında qalmaqal olub.
Lent.az xəbər verir ki, həmin kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 30 yaşlı Teymur Kərimov bələdiyyə sədri tərəfindən döyülüb. Bu barədə o, özü saytımıza danışıb. Qazinin sözlərinə görə, onların arasında mübahisə anasının adına olan bələdiyyə torpağı üstündə yaranıb: “Anamın adına bələdiyyə torpağı var. Kəndlilərə 10-15 il müddətinə verilir. Həmin vaxt bitdikdən sonra bələdiyyə 120 manat rüsumla yenidən müddəti uzadır. Bizim torpağın müddəti də bitib. Torpaqda pambıq əkmişik. Sədr Rasim Əliyev də pambıq əkini qaldığı halda torpağı əlimizdən almaq istəyir. Qanuna görə, torpağın istismar müddətinin artırılması üçün vətəndaşa möhlət verilməlidir”.
T.Kərimov deyir ki, məsələni həll etmək üçün bələdiyyə sədrinin qəbuluna gedib və olay da həmin an baş verib: “44 günlük müharibədə Füzuli, Hadrut, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bir ayağım zədələnib. Əsa ilə gəzirəm. Aprelin 24-də qollarımdakı əsa ilə getdim bələdiyyə sədrinin qəbuluna. Xahiş elədim ki, səbr etsin, pambığımızı yığaq sataq, torpaqdan istifadə müddətini artıracağıq. Həmin an sədrin bacısı oğlu Vüsal da otaqda idi. Birləşib məni döydülər. Üç gündür Beyləqan rayon Mərkəzi Xəstəxanasında yatıram".
Məsələ ilə bağlı Lent.az bələdiyyə sədri Rasim Əliyevlə əlaqə saxlayıb. Sədr qazinin dediklərini təkzib etdi. O, belə bir hadisənin baş vermədiyini və qazinin dediklərinin yalan olduğunu bildirib: “Mən bələdiyyə sədriyəm, uşaq deyiləm. Məni ağsaqqal kimi qoyublar bu vəzifəyə. Qazini döymək iddiası tam yalandır. Elə bir hal olmayıb. Hazırda bu iş polisdədir, araşdırma aparılır. Sonda bilinəcək kim-kimi döyüb”.
Tarix: 27-04-2021, 17:06
-
Bu gün, 18:01
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
-
Bu gün, 15:52
Nigara görə həkimlərə bu cəza verildi
-
Bu gün, 15:38
İRANA CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN BRİTANİYA VƏTƏNDAŞI - Rəşad Sultanov saxlanılıb + FOTO
-
Bu gün, 15:17
“İnsan həyatı üçün ciddi təhlükə var” -“Vital Hospital” bağlandı
-
Bu gün, 15:10
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Bu gün, 10:33
Ekspert: “Sərhədlərin bağlı qalması turist sayına mənfi təsir göstərir”
-
Bu gün, 10:30
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: yeni hüquqi praktika nə vəd edir?
-
Bu gün, 10:20
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Bu gün, 10:16
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Bu gün, 10:06
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
-
Bu gün, 10:04
Şəki xəstəxanasındakı 70 minlik xaos Prokurorluqda! – Kadr rəisi Tural Səfərovun işi araşdırılır
-
Dünən, 23:16
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
-
Dünən, 21:53
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
Dünən, 21:50
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib
-
Dünən, 21:47
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:45
Ölkədə nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
-
Dünən, 13:57
Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq
-
Dünən, 10:51
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO
-
Dünən, 10:49
Təhdid, izləmə, canlı həşəratlar: "eBay" jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
-
Dünən, 10:47
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı-FOTO
-
Dünən, 10:45
Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...
-
Dünən, 09:33
Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
-
29-07-2026, 23:23
Baba Rzayev 67.2 milyonu hara xərcləyəcək?
-
29-07-2026, 22:40
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
29-07-2026, 22:38
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
29-07-2026, 17:16
AYNA "Velosipedlərin parklanması üçün "Apollon Trading" MMC-yə 265 min 500 manat ödəyəcək
-
29-07-2026, 17:02
Ağdamda yanğın yayılıb - partlayış səsləri eşidilir... - FOTO
-
29-07-2026, 16:56
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?
-
29-07-2026, 16:54
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
-
29-07-2026, 16:52
Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ