“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ

“Evimiz dağılıb, əşyalarımız məhv olub, aylardır ki, bu fotoda gördüyünüz qəzalı evin bir otağına sığınmışıq”. DİA.AZ bildirir ki, bunu Ağdamın Dördyol 1 qəsəbəsinin 521-ci evində yaşayan Gülüm İsmayılova deyir. Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsi başlayandan sonra – ötən il oktyabrın 5-də yaşadıqları evə mərmi düşüb. Nəticədə ev tamamilə yararsız vəziyyətdədir. 7 aydır ki, ailə qəzalı evin bir otağına sığınıb. Aidiyyəti qurumlar qəzalı tikiliyə baxış keçiriblər, ancaq tikili yararsız tikililərin yox, qismən zərərçəkmiş tikililərin siyahısına daxil edilib. Aidiyyəti qurumlar ailəyə evə yamaq vurmağı təklif etsələr də, ailə razılaşmayıb.
“7 aydır ki, bu vəziyyətdə yaşamağa məhkumuq. Özüm də sinir xəstəsiyəm, tez-tez bu dağılmış evə təcili yardım gəlir. Bu vəziyyəti görmək səhhətimə daha da pis təsir edir. Şəraitimiz yoxdur, ələ gələn bircə əşyamız da qalmayıb. Dözə, yaşaya bilmirik. Demək olar ki, evin tənyarısı dağılıb. Ancaq gəlib qismən zərərçəkmiş kimi qeydə alıb, gediblər. Hər dəfə gəlirlər ki, yamaq vuraq. Bu yaxınlarda yenə gəlmişdilər, dedim, əgər evi söküb, yerdən yenisini tikməyə gəlmisizsə, buyurun, yox, əgər yamaq vurmağa gəlmisizsə, çıxın gedin. Onlar da çıxıb getdilər”.
Gülüm İsmayılova hesab edir ki, Prezidentin verdiyi qərarlar məmurlar tərəfindən icra olunmur: “Prezident nə etməlidir? Qərar, tapşırıq verib, pul da ayırıb ki, müharibədən zərərçəkmiş evlər düzəldisin. Prezident deməyib ki, gedin, bönüvrəsinə mərmi düşmüş evə yamaq vurun... Yerli məmurlar göstərişləri düzgün icra etmirlər. Məsələn, mən evin fotolarını icra hakimiyyətinə göndərirəm, qəsəbənin icra nümayəndəliyindən gəlirlər, deyirlər, düzələcək, gedirlər... Və 7 aydır ki, vəziyyət bu şəkildə də davam edir”.

Tarix: 27-04-2021, 10:25
-
Bu gün, 18:01
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
-
Bu gün, 15:52
Nigara görə həkimlərə bu cəza verildi
-
Bu gün, 15:38
İRANA CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN BRİTANİYA VƏTƏNDAŞI - Rəşad Sultanov saxlanılıb + FOTO
-
Bu gün, 15:17
“İnsan həyatı üçün ciddi təhlükə var” -“Vital Hospital” bağlandı
-
Bu gün, 15:10
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Bu gün, 10:33
Ekspert: “Sərhədlərin bağlı qalması turist sayına mənfi təsir göstərir”
-
Bu gün, 10:30
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: yeni hüquqi praktika nə vəd edir?
-
Bu gün, 10:20
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Bu gün, 10:16
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Bu gün, 10:06
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
-
Bu gün, 10:04
Şəki xəstəxanasındakı 70 minlik xaos Prokurorluqda! – Kadr rəisi Tural Səfərovun işi araşdırılır
-
Dünən, 23:16
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
-
Dünən, 21:53
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
Dünən, 21:50
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib
-
Dünən, 21:47
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:45
Ölkədə nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
-
Dünən, 13:57
Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq
-
Dünən, 10:51
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO
-
Dünən, 10:49
Təhdid, izləmə, canlı həşəratlar: "eBay" jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
-
Dünən, 10:47
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı-FOTO
-
Dünən, 10:45
Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...
-
Dünən, 09:33
Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
-
29-07-2026, 23:23
Baba Rzayev 67.2 milyonu hara xərcləyəcək?
-
29-07-2026, 22:40
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
29-07-2026, 22:38
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
29-07-2026, 17:16
AYNA "Velosipedlərin parklanması üçün "Apollon Trading" MMC-yə 265 min 500 manat ödəyəcək
-
29-07-2026, 17:02
Ağdamda yanğın yayılıb - partlayış səsləri eşidilir... - FOTO
-
29-07-2026, 16:56
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?
-
29-07-2026, 16:54
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
-
29-07-2026, 16:52
Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ