Dözülməz şəraitdə yaşayan şəhid Əzim Fikrət oğlu Həsənovun ailəsi Mingəçevir və Ağdam rayon rəhbərliyi tərəfindən taleyin ümidinə buraxılıb.
Yenicag.az xəbər verir ki, jurnalist Kamil Həmidov Mingəçevir ərazisindəki “QRES” adlanan ərazidə vaqonda yaşayan şəhid ailəsinin ağır vəziyyətini əks etdirən görüntüləri ictimailəşdirib.
Jurnalistin sözlərinə görə, Ağdam rayonundan məcburi köçkün olan ailə 1999-cu ildən etibarən, həmin ərazidə quraşdırılmış vaqonda, çox dözülməz şəraitdə yaşayır.
Hiddət doğuran məqam bundan ibarətdir ki, şəhid ailəsinə yardım məsələsində həm Mingəçevir, həm də Ağdam rəhbərliyi yaxalarını kənara çəkərək, onlara heç bir kömək göstərmir.
Qeyd edək ki, ali təhsilli şəhid Əzim Həsənovun valideynlərinin səhhətində ciddi problemlər var, bacısı isə Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
yenicag.az