Ağsuda torpaq sahələri zəbt edilir, sakinlər etiraza qalxdı - VİDEO
Ağsu rayonunun Bico kənd sakinləri 1000 hektara yaxın örüş sahələrinin, bələdiyyə torpaqlarının qanunsuz zəbt olunmasına, sumax meşəsinin ağır texnikalarla tar-mar edilməsinə etiraz edir.
Rayondan verilən məlumata görə, hadisə yerinə Ağsu Rayon Polis şöbəsinin əməkdaşları dəvət olunub, sözügedən ərazilərə baxış keçirilib. Polis müstəntiqi Elnur adlı zabit şikayət edən camaatı izahat vermələri üçün şöbəyə dəvət edib.