Yaponiya səfirliyinin nümayəndələri Tərtər rayonunda düşmən təxribatının faciəvi nəticələri ilə yerində tanış oldular



Fevralın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibləri Aşizuka Daiji və Sugioka Mami Erməni terroru nəticəsində rayona dəymiş ziyanla və onların aradan qaldırılması üçün görülmüş işlərlə tanış olmaq məqsədi ilə Tərtər rayonunda olublar.
Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan və onların aradan qaldırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
Sonra qonaqlar Şıxarx qəsəbəsi ərazisində 1176 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompuleksində ermənilərin atdığı mərmilərdən sakinlərə dəymiş ziyanla yerində tanış oldular.

Tarix: 25-02-2021, 15:33
Xəbəri paylaş



Xəbər lenti