Göyçay məhkəməsinin hakimi İbrahim Fəttahovun qanunsuz fəaliyyəti barədə prezidentə müraciət olundu-VİDEO
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu Prezident İlham Əliyevə müraciət etmişdir. Müraciətin bir nüsxəsini Neqativ.com saytına ünvanlayan şikayətçi bildirir: Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun və dövlət ittihamçısı Rauf Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdikləri qanunsuzluğa görə dövlət qanunları açıq-aşkar pozulmuşdur. Belə ki, 03 aprel 2020-ci il tarixdə bir qrup şəxs tərəfindən mənim həyat və sağlamlığıma qarşı sui -qəsd hadisəsi törədilmişdir. Həmin şəxslər qabaqcadan əlbir olaraq məni avtomobil ilə öldürmək niyyətilə vurmuş ölmədiyimi gördükdən sonra isə qrup şəklində məni döyərək azağır bədən xəsarətləri yetirmişdilər. Nəticə etibarı ilə kənar şəxlərin köməyindən sonra iradələrindən asılı olmayan səbəblərə görə məni hadisə yerində yaralayıb köməksiz vəziyyətdə qoyub qaçıb getmişlər.Cinyət işini araşdıran Göyçay Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elnur Tağıyev məni döyən 6 nəfər cinayətkarın 5 nəfərindən şahid düzəldərək bir nəfəri təqsirləndirilən şəxs kimi cinayətə cəlb etmiş digər cinayət iştirakçılarını isə cinayət məhsuliyyətindən yayındırmışdır. Çoxsaylı şikayət ərizələrimdən çox sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılmış və baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fətathov və dövlət ittihamçısı Rauf Qasımov külli miqdarda rüşvət qarşılığında cinayət işini yügülləşdirərək məhkəmənin iclas protokollarını, məhkəməyə təqdim etdiyim sübutları saxtalaşdıraraq təqsirləndirilən şəxsin ittiham olunduğu maddəni yüngülləşdirib həmən maddənin 1-ci bəndinə keçirərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdilər.18 iyun 2020-ci il tarixdə mən çörək yeyərkən təqsirləndirilən şəxsin satıcısı və yaxın qohumları tərəfindən şərlənərək hakim İbrahim Fəttahovun qərarı ilə həbs olunmuşam. Belə ki, təqsirləndirilən şəxsin qohumu olan öyrədilmiş şxəs mən yemək yediyim vaxt yaxınlaşıb məni söyüb təhqqir etmişdir. Buna görə məni inzibati qaydada qanunsuz olaraq 8 gün müddətində həbs etdilər. Məndə belə bir təssürat yaranır ki, 15.000 və ya 20.000 manat düzəldim verim hakimə kimi istəsəm döyüm və heç bir məsuliyyətə cəlb olunmayım. Mənim əlehimə öyrədilib şahid kimi yalan ifadəsi alınan şahidin video çıxışını sizə təqdim edirəm. Həmin şahid şəxsən söyləyir ki, «Səbuhi Quliyevin orda günahı olmayıb .Təqsirləndirilən şəxsin qohumu Teyyub bizə pul təklif edib hər şahidə 500 manat pul verib. İntiqam, Nazim, Cabir, Polad əlavə bir iki adamlarda var idi. Onlarda Səbuhini vurdu. İntiqam onu vuranda mən gördüm. Bizi Əsas olaraq yalan ifadə verməyə Teyyub sonrada Polad başa saldı. Amma ərizəni yazıb hamıya qol çəkdirən Teyyub olub. Faktiki budur ki, bir qrup işadamı Quliyev Səbuhi Faxrət oğlunu maşınla vurub ona xəsarət yetiriblər, sonra isə onu vəhşicəsinə döyüblər». Hörmətli Prezident Hörmətli Mehriban xanım Sizdən xahiş edirəm küllü miqdarda rüşvət alaraq qanunsuz hökm çıxarmış Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz. Əalaqə telefonu; 070 204-88-00