Qubada torpaq sahələrini saxta dövlət aktları ilə mənimsəyən şəxslər kimlərdir? – ARAŞDIRMA + FOTOFAKT

Qubada torpaq sahələrini saxta dövlət aktları ilə mənimsəyən şəxslər kimlərdir? – ARAŞDIRMA FOTOFAKT
Qubada dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə saxta aktlar və şəhadətnamələr hazırlayaraq dövlət qrumlarının xəbəri olmadan fiziki şəxslərə satan dəstə peyda olub.
Quba şəhəri və rayonun digər ərazilərində olan hektarlarla torpaq sahəsi məhz həmin şəxlər tərəfindən saxtalaşdırılaraq mənimsənilir. Müxtəlif təyinatlı bu torpaqların aidiyyatı strukturların xəbəri və iştirakı olmadan hansı yollarla sənədləşdirilməsi isə olduqca müəmmalıdır. Əldə etdiyimiz bir faktı diqqətinizə çatdırırıq. Həmin şəxslər tərəfindən ötən il Quba rayonunun 1-ci Nügədi kəndi ərazisində yerləşən 5 hektar 69 sot dövlət mülkiyyətində olan torpaq sahəsi JN 2627 (KOD 30319018 ) nömrəli aktla saxtalaşdırılaraq 90 000 AZN-ə satılıb.
Ötən il satılan həmin torpaq sahəsi üçün 2006-cı ilin dövlət aktı və şəhadətnaməsi hazırlanıb (hazırlanan dövlət aktlarına və şəhadətnamələrinə isə DTXK-nın 2006-cı ilinin möhürü vurulur).
Torpaq məcəlləsi haqqında qanunun müvafiq tələblərinə zidd olaraq qanunsuz yollarla mülkiyyətə verilən həmin torpaq sahələrinin dövlət reystrindən çıxarışının necə əldə olunması isə maraqlıdır.
KONKRET.az xəbər verir ki, 7times.az-a etibarlı mənbədən daxil olan məlumata görə, həmin saxta dövlət aktlarını hazırlayan şəxslər Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarıdır. Hələlik bizə məlum olan budur ki, dövlət aktlarının saxtalaşdırılmasını idarənin bitkiçilik sektorunun məsləhətçisi vəzifəsində çalışan Quba rayon sakini Elnur Nöhbalayev adlı şəxs həyata keçirir. O əvvəllər DTX-nin Quba rayon şöbəsində çalışıb.
Onunla bu işdə əlbir olan digər şəxslər və onların birlikdə hazırladıqları dövlət aktları barədə növbəti yazımızda məlumat verəcəyik.

Tarix: 29-01-2021, 13:58
Xəbəri paylaş



Xəbər lenti