"Astara Rayon İcra Hakimiyyətində olmuşam..." - ŞİKAYƏT

“Yaşadığım ev ötən ilin fevralında qısa qapanmadan yandı. Evdən heç nə çıxarda bilmədik. Yanğın vaxtında söndürülmədi. Qışda qaldıq çöldə. O vaxtdan çadırda yaşayırıq”, – Astara rayon Miki kənd sakini Möhsün Hüseynov başına gələnləri belə nəql edir. DİA.AZ bildirir ki, onun yaşadığı kənd dağlarla, meşələrlə əhatə olunub. Hüseynovların yaşadığı çadır kəndin qurtaracağında, ona məxsus həyətyanı sahədə qurulub.
“Çadırda yaşayıram. Üç uşağım var. Oğlum yaxın illərdə orduda xidmətə gedəcək. Evim yanıb, heç kim şikayətimə baxmır. Astara Rayon İcra Hakimiyyətində olmuşam, məktub da yazmışam. Deyirlər ki, bizim büdcəmizdə o qədər pul yoxdur ki, sənə ev tikək. Özlərinin hər birinin üç-dörd evi var… 500 manat pul verdilər, adambaşına 100 manat. Onu da “daxili imkanlar hesabına” veriblər, hökumət verməyib. Pis gündəyik. Çadırdan su damır. Üstünə də tent çəkmişəm. Yenə əmələ gəlmir…”.
O, rəsmi qurumlara yazdığı şikayət məktublarını, aldığı cavabları göstərib deyir ki, hələ heç bir nəticə yoxdur: “Yer qalmayıb şikayət etməyəm. Baxmırlar. Deyirlər ki, imkan yoxdur”.
M.Hüseynov çətin günlərdə bir şeyə sevinir, koronavirus pandemiyasına görə məktəblər bağlıdır. Uşaqlara pal-paltar, ayaqqabı, çanta, dəftər-kitab almağa ehtiyac yoxdur: “Bura elə koronavirusdur da, xəstəlik baş alıb gedir. Dərman da yox. Maska, dərman almaq üçün uzaqda olan Pensər kəndinə gedirik. Avtobus da yox. Yol çəkiblər, ancaq ictimai nəqliyyat yoxdur. Bizə deyirlər: “Çıxmayın çölə”. Acından ölək? JEK-də işləyirəm. Birinci ay 250 manat verdilər. İkinci ay onun yarısını kəsdilər. Dördüncü aydır işləyirik, zibilləri təmizləyirik. Pulun verilməsi barədə heç kim danışmır…”.
Həyətdə soba üstündə yemək bişirən Möhsün Hüseynovun həyat yoldaşı İlhamə Hüseynova evin yanmasından sonra üzləşdikləri problemlərdən danışır. O, qışda vəziyyətin daha da ağırlaşdığını, özünün xəstə olduğunu söyləyir. Qışın soyuğunda, yayın istisində çadırda yaşamağın çətinliklərini təsvir edir: “Mümkün deyil yaşamaq. Bu çadır 20 kvadratdır. Yeməyimiz, yatmağımız, çimməyimiz, hamısı çadırdadır. Gün çıxanda yeməyi həyətdə, yağış olanda çadırda bişirirəm. Tüstü basır çadırı. Bu kənddə qaz yoxdur. Meşə var, amma odun gətirməyə icazə vermirlər. Bura dağ zonasıdır. Qışda burda 1 metr qar yağır. Şaxta, soyuq bizi kəsir. Payızda, qışda palçıq olur. Çəkmə ilə hərəkət etmək lazım gəlir, çəkmə də yoxdur. İş olsa, işləyərik, uşaqlarımızı saxlayarıq, ev tikərik”.
Söhbətin bu yerində evin xanımı ağlayır. Söhbətinə azca ara versə də, sonra davam edir: “Şərait yoxdur. Belə getsə, Bakıya köçməli olacağıq. Karantini gözləyirik. Orda iş var, şərait var, ən əsası, yaşamaq olur. Olmasa, Rusiyaya gedərik. Burda ölürük, 500 manat yardımla neyləyək? O pula tualet də tikə bilmədik”.
E.Hüseynova hər gün üç uşağı, həyat yoldaşını doydurmaq üçün süfrəyə qoyduğu yeməkdən danışır:”Qaynadılmış kartof, təndir çörəyi, bir də ayran – yeməyimiz budur… Uşaqlar ət istəyirlər, qarpız, yemiş istəyirlər”.
Gözləri yaşlı qadın əlini işindən çəkmədən – təndirdə çörək bişirə-bişirə söhbətinə davam edir: “Səkkiz çörək bişirirəm, iki günə güclə çatır. İki-üç aydan bir bir-iki kilo ət ala bilirəm, gücümüz buna çatır. Pulum yoxdur. Ev yandı, hər şey məhv oldu, heç nə qalmadı. Yorğan- döşəyi də qohumlar verib… İşimiz pis deyildi əvvəl. Evimiz yandı, hər şey bitdi. Bu çətin vaxtda dövlətin dayağını da hiss etmirik”.
M.Hüseynov rəsmi qurumlara onlarla şikayət məktubu yollayıb. Məktubların hamısı tədbir görülməsi üçün Astara Rayon İcra Hakimiyyətinə göndərilib. Onun dediyinə görə, icra hakimiyyəti, bir qayda olaraq, ona eyni cavabı verir: “Ev inşa etmək üçün vəsait yoxdur, vətəndaş dəymiş ziyanı evini sığorta etdirdiyi təşkilatdan tələb edə bilər”.
Tarix: 8-07-2020, 08:41
-
Bu gün, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Bu gün, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Bu gün, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Bu gün, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Bu gün, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Bu gün, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Bu gün, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Bu gün, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Bu gün, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Bu gün, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Bu gün, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Bu gün, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
Dünən, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Dünən, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Dünən, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Dünən, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Dünən, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Dünən, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Dünən, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
25-07-2026, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
25-07-2026, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
25-07-2026, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
25-07-2026, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
25-07-2026, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“