
Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama verildi.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, raketin bəzi qalıqları Qaziantep şəhəri ərazisində boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Açıqlamada bildirilib ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Bununla yanaşı, ölkənin ərazisinə və hava məkanına yönələn hər cür təhlükəyə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüd edilmədən atılacağı bir daha vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara əməl olunması hər kəsin maraqlarına uyğundur.