Azərbaycanlı milyarder Rusiya vətəndaşlığından çıxarılıb - Deport olunur



Əslən azərbaycanlı olan, Arxangelskdə yaşayan tanınmış xeyriyyəçi -milyarder Tərlan Qasımov “milli təhlükəsizliyə təhdid” səbəbindən Rusiyadan deportasiya oluna bilər. Azpost.info Haqqın.az-a istinadən bildirir ki, bu barədə “Arxangelsk onlayn” portalı yazıb.

 

Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov uzun illər hakimiyyətlə əməkdaşlıq edib və xeyriyyə işləri ilə məşğul olub.  Lakin bu ilin yazında o, Rusiya vətəndaşlığından məhrum edilib və indi deportasiya oluna bilər.

 

Onun “milli təhlükəsizliyə təhdid” yaratdığına dair qərarı FSB verib. Qasımovun vətəndaşlıqdan çıxarılması barədə qərar bu sənədə əsaslanır. Qasımov Azərbaycan vətəndaşı deyil. Sovet İttifaqının dağılması zamanı o, RSFSR-də qeydiyyatda olub və həmişə Rusiyada yaşayıb. Yəni o,  yeganə vətəndaşlıqdan məhrum edilib.

 

Arxangelskdə Qasımov xeyriyyəçilik fəaliyyəti ilə tanınır: O, Ukrayndakı hərbi əməliyyat zonasını ehtiyacları üçün pul göndərir. Rəhbərlik etdiyi Azərbaycan diasporunun nümayəndələri hər ay hərbçilərin ailələrinə meyvə-tərəvəz paketləri verirlər. O, mütəmadi olaraq səlahiyyətli orqanlar, o cümlədən rayon qubernatoru tərəfindən müxtəlif fəxri fərmanlarla təltif edilib.

 

İndi Qasımov hakimiyyəti məhkəməyə verir, vətəndaşlıqdan məhrum edilməsinə etiraz etməyə çalışır. O, Rusiya Daxili İşlər Nazirliyi ilə işdə uduzub. Hakim idarənin öz vəzifələrini yerinə yetirərək qanuna uyğun hərəkət etdiyi qənaətinə gəlib. Hakim FSB-ni müttəhim kimi cəlb etməkdən imtina edib. Daha sonra Qasımov FSB-yə qarşı ayrıca iddia qaldırıb, məhkəmə bu işi dövlət sirri ilə əlaqələndirərək qapalı saxlayıb.

 

Qasımov Rusiyanın milli təhlükəsizliyinə necə təhdid necə yaratdığını bilmir. Onun vəkili deyir ki, FSB hesabatında bu barədə heç bir məlumat yoxdur.

 

Qasımovun Rusiya pasportu hələ də qüvvədədir. Amma məhkəmə onun xeyrinə bitməsə, sənəd ləğv ediləcək. Vəkilin sözlərinə görə, Tərlan Qasımov vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata düşsə belə, deportasiya təhlükəsi hələ də qalacaq.

Tarix: 30-09-2024, 12:00
Xəbəri paylaş



Xəbər lenti