İsveçrə Baş Prokurorluğu rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəsi olan 4 nəfərlə bağlı araşdırmalara başlayıb.
Neqativ.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bununla bağlı İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi milyonçunun 1,3 milyard frank (1,5 milyard dollar) məbləğində vəsaitini müvəqqəti olaraq dondurub.
İstintaq çərçivəsində işləyən əməliyyat qrupu Luzern, Zuq və Nidvalden kantonlarında evlərdə səkkiz axtarış aparıb. Əməliyyatda Federal Polis Departamenti və kanton polis qüvvələri iştirak edib.
Məlumata görə, avqustun 13-də İsveçrədə Rusiyanın 7,1 milyard İsveçrə frankı (8,2 milyard dollar) dəyərində aktivləri dondurulub. Bu məbləğə sanksiyaya məruz qalan şəxslərə və şirkətlərə məxsus daşınmaz əmlak, lüks avtomobillər və sənət əsərləri daxildir.
İstintaq Ukraynadakı vəziyyətlə bağlı Embarqo Qanununun pozulması və çirkli pulların yuyulması ilə bağlı şübhələrə aiddir.
İndiyədək heç bir həbs olmayıb və təqsirsizlik prezumpsiyası tətbiq edilir.
Bundan əvvəl ABŞ Süleyman Kərimovun 300 milon dollarlıq super yaxtasını müsadirə etmişdi. Onun satışından əldə olunan gəlirlər Ukraynaya ötürülüb.//Unikal
Tarix: 15-08-2024, 16:48