Moskva İrəvana açıq şəkildə bildirir ki... - NƏ BAŞ VERİR?

Rusiyadan Ermənistana növbəti dəfə xəbərdarlıq edilib. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə İrəvanın NATO ilə yaxınlaşması haqqında danışıb və deyib ki, “Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır”. Onun sözlərinə görə, əgər kimsə NATO ilə yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və nəyə gətirib çıxaracağını başa düşməlidir.
Zaxarova qeyd edib ki, ilk növbədə Ermənistanın özünə, onun milli maraqlarına nəyin sərfəli olduğunu anlamaq lazımdır: “Xəritəni açıb bu ölkənin hansı regionda, hansı qonşular arasında yerləşdiyini görmək, tarix kitablarını oxumaq lazımdır”.
Rəsmi Moskvadan İrəvana sərt xarakterli bu mesaj NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın açıqlamasından sonra verilib. Kolomina bir neçə gün əvvəl bildirmişdi ki, son illər Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib.
“Biz Ermənistanla bu gün mövcud olan ikitərəfli münasibətlərdən çox məmnunuq. Ermənistanın öz xarici siyasətində və müdafiə siyasətində qəbul etmək istədiyi qərarlar, həyata keçirmək qərarına gəldiyi dəyişikliklər bizi çox ruhlandırır. Bilirəm ki, bu, həyata keçirilməsi çətin olan və çox güman ki, uzun zaman alacaq qərardır. Ancaq əlbəttə ki, biz tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistanın etdiyi də budur”, - NATO rəsmisi vurğulamışdı.
Ekspertlər bildirirlər ki, Moskva İrəvana xəbərdarlığı ilə dolayısıyla başa salır ki, ağıllı olun, siz də Gürcüstan və Ukraynanın taleyini yaşaya bilərsiniz. Mütəxəssislərin qənaətincə, Rusiya NATO məsələsində ciddi olduğu üçün mesajı da sıradan deyil.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib ki, istənilən hərbi blok, istənilən qlobal güc arzulayır ki, nəzarətində olan bölgələrin, dövlətlərin sayı çox olsun:
- NATO da istəyir ki, Cənubi Qafqaza da nüfuz edə bilsin. Bunun üçün Alyansın çalışdığına, bu istiqamətdə siyasətini genişləndirdiyinə şübhə yoxdur. Amma nəzərə almaq lazımdır ki, bu, Rusiyanı narahat edir. Ümumiyyətlə, NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanı daim narahat edib. Ermənistan hakimiyyətinin son dövrlər Qərbə doğru getməsi, siyasətini bu istiqamətdə aparması Moskvanı qıcıqlandırır. Üstəlik, NATO rəsmisinin son açıqlaması, Ermənistanın “qərar verməsi” barədə dedikləri Rusiyada İrəvana bu xəbərdarlığı etmək zərurəti yaranıb. Moskva İrəvana açıq şəkildə bildirir ki, əgər Ermənistan NATO-ya üz tutacaqsa, bunun nələrlə nəticələnəcəyini gözə almalıdır.
- Söhbət hansı nəticələrdən gedir?
- Zaxarova XİN rəsmisi olduğuna görə, xəbərdarlığı da diplomatik dillə çatdırır. Qeyri-rəsmi şəxs olsaydı, yəqin ki, Ermənistana 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada baş verənləri nümunə kimi göstərərdi. 2008-ci ildə müharibə məhz Gürcüstanın NATO-ya yaxınlaşması siyasətinin nəticəsi idi. Yaxud da, 2014-cü ildə Krımın ilhaqı Rusiyanın NATO-ya cavabı idi. İndi söhbət Ermənistan üçün belə aqibətlərdən gedir. Biri var əməkdaşlıq, biri də var tərəfdaşlıq. Əməkdaşlığın tərəfdaşlığa çevrildiyi məqamda Gürcüstana qarşı müharibə oldu. Eyni zamanda, Ukraynada Yanukoviçi devirib hakimiyyətə gələn Qərbə meyilli qüvvələr NATO ilə tərəfdaşlıq siyasətinə başladılar. Bunu sinirə bilməyən Rusiya isə Krımı ilhaq etdi, Donetsk və Luqanskı işğal etdi. Bu gün də müharibənin ikinci fazası davam edir, Rusiya işğalını davam etdirməkdədir. Demək istədiyim odur ki, Rusiya xəbərdarlığında Ermənistana bu nümunələrini misal göstərir. Hələ ki, diplomatik qaydada...
- Cənubi Qafqaz ölkəsi olan Azərbaycan da NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqdir...
- Rusiyanı əməkdaşlıq yox, tərəfdaşlıq qıcıqlandırır və bu, Moskva üçün qəbulolunmazdır. Zaman-zaman Rusiyanın özü də NATO ilə əməkdaşlığa cəhd edib, hətta bunun nəticələri də olub. Azərbaycan sülh naminə tərəfdaşlıq çərçivəsində Alyansla əməkdaşlıq edir. Bilirsiniz, əməkdaşlığın müəyyən çərçivələri var və bu çərçivələr daxilində kimsə bizə mane olmur. Gürcüstanın zamanında etdikləri NATO-nun birbaşa regiona dəvət edilməsi idi. Görünür, indi Ermənistan da o yolu tutub.
Türkiyə-Azərbaycan müttəfiqliyinə gəlincə, bu, başqa məsələdir. Bir müttəfiqlikdən əvvəl qardaşlıqdır. Bizim Rusiya qarşısında öhdəliyimiz yoxdur, amma qonşu dövlət olaraq, Rusiya bizim, biz də Rusiyanın maraqlarını nəzərə alırıq.
- Məlumdur ki, Rusiyanın Ermənistan ərazisində hərbi bazası var. Bu halda, Ermənistanın NATO-ya inteqrasiyası, üzvlüyü nə dərəcədə mümkündür?
- Bu sual həqiqətən də düşündürücüdür. Deyək ki, Ermənistan hansısa yolla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yollarını ayırmağa cəhd göstərir, iclaslara, təlimlərə qatılmır və s. Amma Rusiya hərbi bazasını ərazisindən necə çıxaracaq? Özü də, bazanın qalma müddəti 2043-cü ilədəkdir, bu barədə rəsmi sənəd imzalanıb. Eyni zamanda, Ermənistanın təhlükəsizlik məsələləri belə Rusiyadan asılıdır. Bu gün Ermənistan sərhədlərini belə, Rusiya qoruyur. Yaxud da, Avrasiya İqtisadi İttifaqı üzvü olan Ermənistanın Rusiyadan o qədər böyük iqtisadi asılılığı var ki, Rusiya çətiri altından çıxsalar, böhran bu ölkəni batırar. Ermənistanın enerji obyektləri, böyük şirkətləri Rusiyanın mülküdür. Bu məsələlərdən Ermənistan necə canını qurtaracaq, sual yaradır. Mən deyə bilmərəm ki, Ermənistan rəhbərliyi bunları gözə almayıb. Yəqin ki, hansısa hesablamaları var. Amma Rusiyadan qopmaq, NATO-ya inteqrasiya Ermənistana baha başa gələcək.
Tarix: 3-02-2024, 08:58
-
Dünən, 22:25
Monqolustandan gətirilən ucuz ət Azərbaycan bazarını BÜRÜYÜB:KİMLƏR SATIR?
-
Dünən, 22:22
207 saylı körpələr evində direktor ərzaqları öz bağçasına daşıtdırıb? - VİDEO
-
Dünən, 22:18
Qonşusu şəhid xanımının böyük məbləğdə pulunu vermir - VİDEO
-
Dünən, 22:14
Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində üçüncü qrup Vətən Müharibəsi əlili Cəfərli Elvini ziyarət edib
-
Dünən, 22:12
Moskvada hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir
-
Dünən, 22:10
İcra başçısı açıq ürək əməliyyatı olunmuş Birinci Qarabağ müharibəsi əlili Suliddin Yusifovu evində ziyarət edib
-
Dünən, 22:08
"Müəllimlər Günündə hər uşaqdan 60 manat pul yığıldı" - DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI
-
Dünən, 21:59
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
-
Dünən, 21:57
Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Düyərli kəndində keçirilib
-
Dünən, 21:50
“Nar” Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
-
Dünən, 17:09
Baş İdarə onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var - TƏFƏRRÜAT
-
Dünən, 14:12
İlyarım ərzində AYNA-dan 100 milyon manata yaxın sifariş alan şirkət kimindir?
-
Dünən, 14:11
İcra başçısı Adil Əliyevdən şəhidə və onun ailəsinə laqeyd münasibət
-
Dünən, 14:08
Şərif Ağayar: “A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan?”
-
Dünən, 14:06
Elm və Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri Elnur Əliyev kimdir? – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
-
Dünən, 14:04
Kapitan general Raul Zeynalovun 1 milyonunu ƏLƏ KEÇİRDİ
-
Dünən, 10:37
Zalujnının Radada hakimiyyəti ələ keçirmək planı üzə çıxıb
-
Dünən, 10:13
ATU-da nə baş verir? - 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb...
-
Dünən, 09:32
ETSN Qobudakı Kərpic Zavodunu `SAĞMAL İNƏYƏ ÇEVİRİB`? - BUNUN BAŞQA ADI YOXDUR...
-
Dünən, 09:25
“Adnan Əhmədzadənin əməli yemək deyil ki bir insana aid ola, yeyə, üstündən də su içə - yüksək vəzifələrdə oturanlara da aiddir...” - Tahir Kərimli
-
Dünən, 09:23
299 şirkət, milyonluq mənimsəmə... - Musiqiçiyə hökm oxundu
-
Dünən, 09:18
Yeni BAHALAŞMA DALĞASI: Bu dəfə su... - BELƏ HARA GEDİRİK?
-
7-10-2025, 14:50
Kimdir bizim rəsmi, vergi ödəyən qəhrəmanlarımız?
-
7-10-2025, 12:29
GÖMRÜKDƏ MİLYONLAR NECƏ TALAN EDİLİR… – Yaxud “tam şəffaf” işlədiyini iddia edən Şahin Bağırov qızıl stəkanı kimdən və nə məqsədlə hədiyyə alıb?..
-
7-10-2025, 12:28
Sağlamlıq ocağında şou və xaos: “Kurort” QSC-də nə baş verir?
-
7-10-2025, 12:25
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar...
-
6-10-2025, 17:39
"Məgər qazilərə toxunmasaydınız, olmazdı?" - ETİRAZ VAR!
-
6-10-2025, 14:53
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu
-
6-10-2025, 14:51
Zaur Mikayılovun Tovuzda toxunulmazlıq statusu verdiyi Nəsrəddin Aslanov... - həm də milyonlar ayırdı...
-
6-10-2025, 09:54
"Bu Qəzənfər kimdir ki, bunun havadarlıq etdiyi adam özünü Prezidentdən üstün sayır?!"