Aparıcı Aygün Muradxanlıdan ritorik sual: Deputat Eldar dələduz Eldardan saxta medalı neçəyə alıb? - VİDEO
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.
Primeinfo.az xəbər verir ki, saxlanılan şəxslər arasında “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov da var. O, hətta 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da təltif edib.
Onunla birgə Türkmənistanda təşkil edilən mərasimə Milli Məclisin deputatı Eldar Quliyev də gedib və o da keçmiş prezidentə saxta medal təqdim edib.
Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində məsələni şərh edən jurnalist Aygün Muradxanlının sözlərinə görə, bu, Azərbaycan üçün çox biabırçı bir hadisədir:
“Bu biabırçı hadisədə adı hallananlardan biri də Sabunçunun deputatı Eldar Quliyevdir. Düz 5-ci dəfə zorla özünü deputat seçdirib, oturub parlamentdə. Bu adamın yerinə-yurduna hələ 1 manat xeyri olmayıb. Amma Allah bilir o medalı almaq üçün fırıldaqçı Rasimlə (“Sabitlik və İnkişaf Mərkəzi” İB-nin sədri Rasim Məmmədov – red) fırıldaqçı Eldara nə qədər pul ödəyib. Çox ciddi qalmaqaldır. Bir millət vəkilinin edəcəyi iş deyil. Yəni, düşünə bilən adam Eldar İsmayılovdan medal alıb, aparıb başqa bir dövlətin milli liderinin yaxasına asmaz”.