Sergey Lavrov: "Rusiya NATO-ya qoşulmaq niyyətində deyil"




Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşərək danışıqlar aparıb.
APA xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovaya istinadən qurumun “Twitter” səhifəsində paylaşım edilib.

Görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutub.
Lavrov protokol qaydaları daxilində şəkil çəkdirilən zaman KİV-lərə müraciət edib: “Şansınızı sınamayın. Rusiya NATO-ya qoşulmaq niyyətində deyil”.
Daha sonra görüş bağlı qapılar arxasında baş tutacaq.
Tarix: 23-09-2021, 07:52
Xəbəri paylaş



Xəbər lenti