“İran bütün dünyanı heroin və tiryəklə təchiz edən dövlətlərdən biridir”



“Məntiqlə Azərbaycanın Gorus-Qafan yolunda yük maşınlarını yoxlaması İranı bu qədər əndişələndirməli deyildi. Azərbaycan maşınları da Naxçıvana gedərkən İran ərazisində yoxlanılır və rüsum alınır. Burda nə var ki?!”
 
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirib.
 
M.Hacıbəyli qeyd edib ki, İrandakı bu isteriya, xüsusən sürücülərin öz həyatlarını təhlükəyə ataraq son günlər  yükləri Gorus-Qafan yolu ilə yox, böyük maşınlar üçün tam yarasız və təhlükəli olan yollarla daşıması təəccüb və sual doğurur: “İran nədən narahatdır? Onlar nə daşıyırlar ki, bu maşınların yoxlanmasını istəmirlər? İran bütün dünyanı heroin və tiryəklə təchiz edən dövlətlərdən biridir. Yadınızdadırsa, Gürcüstan gömrükçüləri İrana məxsus olan təkcə bir yük maşınında 3 milyon (!) dollar dəyərində heroin aşkar etmişdilər. Ola bilər ki, bu yoxlamalar İranın Xankəndinə hərbi dəstəyindən də daha böyük bir problemi ortaya çıxaracaq. Bəlkə də bundan narahatdırlar”.
Tarix: 22-09-2021, 08:36
Xəbəri paylaş



Xəbər lenti