ABŞ prezidenti Co Bayden avropalıların Amerikaya girişinə qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Noyabr ayından etibarən avropalılar peyvənd sertifikatı və ya mənfi koronavirus testi ilə Amerikaya gedə biləcəklər. Moderator.az bu barədə Almaniyanın “Der Spiegel” qəzetinə istinadla xəbər verir. Qəzet qeyd edir ki, Ağ Ev rəhbərinin qəfil qərarı ABŞ, Böyük Britaniya və Avstraliya arasında sualtı gəmilərin tədarükü ilə bağlı razılaşmaya qəzəblənən Fransanı yumşaltmaq cəhdidir. Ağ Ev rəhbərinin belə qəfil qərarının Avropadakı tərəfdaşlarına xoş gəlmək və onlarla korlanmış münasibətləri düzəltmək cəhdi olduğu istisna edilmir. Bu addım xüsusən ABŞ, Böyük Britaniya və Avstraliya arasında sualtı gəmilərin tədarükü ilə bağlı razılaşmaya kəskin etiraz edən Fransanı yumşaltmağa hesablanıb. Göründüyü kimi, Parisin sərt reaksiyası amerikalılar üçün gözlənilməz oldu, bu da onları əsəbləşdirdi və belə bir “dostluq jesti” etmək məcburiyyətində qaldılar. Hər halda, bir neçə gün əvvəl sözügedən məhdudiyyətlərin qaldırılmasının mümkünlüyündən söhbət belə gedə bilməzdi. Rə
smi olaraq ABŞ
hö
kumə
ti bu cü
r qə
rarları
n yalnı
z elmi mə
lumatlara ə
saslandığı
nı
iddia edirlə
r.
Ancaq bu, son vaxtlar ölkədə koronavirus xəstələrinin statistikasının dəyişməməsi ilə ziddiyyət təşkil edir. Delta ştammı yayılmaqda davam edir və hər gün təxminən 2000 can alır. Alman nəşri yazır yazır ki, Baydenin bu təşəbbüsü hazırda onun hansı təzyiq altında olduğunu göstərir. Ağ Ev rəhbərinin xarici siyasətindəki səhvləri üzündən hər zaman ardıcıl sarsıntılar yaşanır. Əfqanıstandan qoşunların xaotik şəkildə çıxarılması, indi də Fransa ilə qarşıdurma. Bütün bunlar hətta Baydenin partiyadaşları arasında da çaşqınlıq yaradır. Onun Vaşinqtondakı dostları və düşmənləri tez-tez özlərinə “O, etibarlı və ağıllı xarici siyasət yürütməyə qadirdirmi” sualını verirlər. Bununla əlaqədar Ağ Ev rəhbəri və onun müşavirləri problemləri həll etməyə, ölkə daxilində prezidentin imicini qaldırmağa çalışırlar. Baydenin fransalı həmkarı Emmanuel Makronla telefonla danışmaq niyyəti də bu strategiyaya xidmət edir. Bayden bu ğün Nyu
-Yorkda BMT
-nin Baş Assambleyasında çıxış edə
rək beynəlxalq tərəfdaşlarını onlarla əməkdaşlıq etmək istəyinə bir daha əmin e
tməyə çalışıb. Bundan sonra Bayden İngiltərənin
baş naziri Boris Consonla görüşəcək. Görüş
də məqsəd əlaqələri yaxşılaşdırmaqdır, çünki
ölkəyə giriş məhdudiyyətləri
ingilislər üçün
də qüvvədə idi və bu da onların qəzəbinə səbəb ol
muşdu.
Tarix: 22-09-2021, 08:19