"Rusiya və ABŞ informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələsində ilk addımı atıb".Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov mətbuata açıqlamasında deyib.
"İlk həqiqi, real addımlar atıldı. Dəqiq, kiçik nəticələr var. Ancaq işin çoxu hələlik görülməyib", - deyə səfir bildirib.
O qeyd edib ki, ABŞ indiyədək şantajla bağlı kibertəhlükəsizlik məsələsinə fokuslanıb:
"Hücumların haradan və kim tərəfindən edildiyinin öyrənilməsi baxımından əməkdaşlıq lazımdır".
Tarix: 20-09-2021, 07:39