RUSİYANIN FÖVQƏLADƏ HALLAR NAZİRİ HƏLAK OLDU - Təfərrüatı açıqlanıb (Yenilənib)


Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevin ölümünün təfərrüatı məlum olub. Hadisə təlim filminin çəkilişləri zamanı baş verib.
Belə ki, suyun kənarında dayanan 63 yaşlı kinorejissor Aleksandr Melnikin ayağı sürüşərək qayalıqdan suya yıxılıb. Bu zaman onun yanında olan Ziniçev Melniki tuta bilməyib, özü də onun dalınca suya düşərək xəsarət alıb.
Ziniçevin sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılarkən daşın üzərinə çırpıldığı bildirilir.
Hər iki zərərçəkən helikopterlə xəstəxanaya aparılarkən yolda ölüb.
***
Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib. Bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
“Təəssüf hissi ilə bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən, Norilskdə Arktika zonasının fövqəladə hallardan qoruması ilə bağlı qurumlararası təlimdə bir insanın həyatını xilas edərkən faciəli şəkildə həlak olub” - deyə, məlumatda bildirilir.
Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.
Tarix: 8-09-2021, 18:11
Xəbəri paylaş



Xəbər lenti