“Bayden əvvəlki Co deyil, tükənib...”



“ABŞ rəsmi açıqlama yayıb ki, 31 aqvustdan sonra Kabul hava lumanını "əfqan xalqına" təhvil verəcəklər, elə də yazıblar. Deməli "Talibanı" rəsmən "əfqan xalqının təmsilçiləri" kimi tanıyırlar, o zaman nədən terror təşkilatı deyirlər?! Yaxşı, terror təşkilatıdırsa, nədən əməkdaşlıq edirlər?! Rusiya da "Talibanı" rəsmən terror təşkilatı kimi tanıyıb, amma onları Kremlə dəvət edir, danışıqlar aparır. Dünya dəli olub, rəsmən dəlixanadır, belə bir vəziyyətdə əsas məsələ dövlətimizi, müstəqilliyimizi qorumaqdır, yeni düzən nə mənədirsə çox qarışıq, xaotik məsələdir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
“Əvvəl düşünmək olardı ki, bu idarə olunan xaosdur, amma indi elə görünmür, Dünya siyasətində liderlik, vizion böhranı var. Dəyərlər və prinsiplər söz olaraq qalıb, demokratiya və liberalizm böhran içindədir. Bunun əsas səbəblərindən biri odur ki, son 30 ildə biznesin, korporasiyaların gücü, pulu çox artdı, ağıllı, bilikli, vizioner insanlar transmilli şirkətlərdə işləməyə can atdılar, məsələn, Google-da layihə rəhbərləri ilə bir neçə milyon dollar qazanır, amma məsələn, Dövlət Departamentinin Asiya masasının rəhbəri isə ilə 80-120 min arası qazanır. Google-da işləyən kameralardan uzaq, ancaq şirkətdaxili məsuliyyət daşıyır, ildə iki dəfə məzuniyyət götürüb dincəlir, kefi istəyəndə gecə klublarına, kef məclislərinə gedir, amma Dövlət Departamentinin masa rəhbəri daim diqqət mərkəzindədir, kameralar qarşısındadır, şəxsi həyatı yoxdur, aldığı maaş da ilə 80 min dollar. Nəticədə dünya siyasətində ağıllı adamlar azalır, onlar biznesə keçir, beləliklə də siyasətlə məşğul olanlar, dövlət qulluğunda olanlar zəif tələbə olmuş, biznesdə karyerə qura bilməmiş qəzəbli, ambusiyalı, amma içiboş adamlarla dolur. Kissingerlər, thatcherlər, qandilər, ruzveltlər, helmut kollar daha siyasətdə yoxdular, "sonuncu mogikan" Merkel də artıq gedir. Dünyada liderlik və vizion problemi daha da artacaq, nə Putin, nə Yoldaş Si bu rola uyğun deyil, Bayden isə əvvəlki Co deyil, tükənib...
Tarix: 29-08-2021, 12:54
Xəbəri paylaş



Xəbər lenti