Alimlər dünyanı gözləyən fəlakətin əlamətləri barədə xəbərdarlıq edirlər



Qlobal iqlim dəyişiklyi hazırda daha çox Qrenlandiyada özünü göstərir. Belə ki, 5 gün əvvəl Qrenlandiya dağlarına tarixdə ilk dəfə olaraq yağış düşüb.
"Report" xəbər verir ki, "Phys.org" nəşri bu barədə Danimarka alimlərinin müşahidələrinə istinadən məlumat yayıb.
Sözügedən təbiət hadisəsi Qrenlandiyada ilk dəfədir ki, qeydə alınır. Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində qeydə alınıb. Adanın dağlıq hissəsində temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksək olub.
Qrenlandiyada buz örtüyünün üstünə yağan yağış dəniz səviyyəsindən təxminən 3 000 metr yüksəkliyə düşüb.
Adanı əhatə edən buz təbəqəsi Fransadan üç dəfə böyükdür. Məqalədə deyilir ki, buz təbəqəsi əriyərkən dəniz səviyyəsini qaldırmaq üçün kifayət qədər su həcminə malikdir.
Son 2 min ildə 19 belə istiləşmə hadisəsi qeydə alınıb ki, onlardan üçü axırıncı on ildə baş verib. Bu yay Qrenlandiyada rekord səviyyədə - 20 dərəcəyə qədər istiləşmə qeydə alınıb.
Tarix: 25-08-2021, 22:45
Xəbəri paylaş



Xəbər lenti