BMT-dən dünyanı qorxudacaq hesabat: “Zaman bitmək üzrədir

BMT-dən dünyanı qorxudacaq  hesabat: “Zaman bitmək üzrədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) qırmız kod adı altında dünyanı gözləyən ciddi fəalkətlərlə bağlı hesabatı açıqlanıb. Mütəxəssislər hesab edir ki, əgər dünyanı gözləyən bəlaya qarşı bir araya gəlinməzsə, yaxın 10 ildə dünya ciddi fəlakətlə qarşı-qarşıya qalacaq və o zaman kimsə bunun öhdəsindən gələ bilməyəcək. Odur ki ötən hər gün ziyanımıza işləyir.
Dünyanı sel daşqınları, yanğınların cənginə aldığı bir zamanda BMT-nin yaydığı hesabatda bəşəriyyəti qorxudacaq xəbərdarlıqlar yer almaqdadır.
Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, BMT İqlim dəyişikliyi ilə bağlı hökumətlərarası panelinin (İPCC) yaydığı 42 səhifəlik hesabatda iqlim dəyişikliyinin sürətlə dəyişdiyi barədə xəbərdarlıq edilib.
Vaxtın daraldığı qeyd olunan hesabatda bildirilir ki, havanın istiləşməsinə səbəb olan qazların havaya buraxılması davam edərsə, 10 ildən sonra havanın temperaturu ciddi şəkildə dəyişəcək və anomal istilərlə müşayiət olunacaq. Artıq bəhanəyə yer yoxdur.
Məsələ ilə bağlı mövqeyini açıqlayan BMT Baş katibi Antonio Quttereş bəyan edib ki, əgər indi güclərimizi bir araya gətirə bilsək, iqlim dəyişkiliyinin törədə biləcəyi fəlakətlərin qarşısını ala bilərik: “Açıqlanan hesabatda da hər şey aydın görünür ki, gecikmə üçün hər hansı səbəb və bəhanə yoxdur”.
Son illərdə hava temperaturunun sürətlə qızması ciddi təbii fəlakətlərə yol açıq. İstər Yunanıstan, istərsə də Şimali Amerikanın qərbindəki kimi isti dalğaları olsun, istər Almaniya və Çindəki kimi daşqınlar olsun, bu hadisələr son 10 ildə insan həyatına ciddi təsirlər göstərməyə başlayıb. Qlobal isinmə səbəbindən artıq dünyada fəsadlar başlayıb. Məhz bunun nəticəsidir ki, milyonlarla sakini olan iki böyük şəhər yox olmaq üzrədir. Çünki anomal istilər insan həyatını təhdid etdiyindən onların təhlükəsizliyinə ciddi problemlər yaratmaqdadır. Qlobal istiləşmə nəticəsində həm də su problem yaranır ki, bu da insan həyatı üçün nə qədər önəmli olduğu hamıya bəllidir.
İngiltərənin “Telegraph” qəzetinin yazdığına görə, susuzluq problemi nəticəsində Asiyanın iki iri şəhərində həyat sönmək üzrədir. Bunlardan biri Pakistanın Sindh vilayətindəki 2 milyon əhalisi olan Ceykobabad şəhəri, digəri isə Birləşmiş Ərəb Əmirliyinin Şarika şəhəridir.
Son illərdə Pakistanın şərqində yerləşən Ceykobabad şəhərində havanın tempraturu 50-55 dərəcəyə qalxması, insanların həm təhlükəsizliyinə, həm də yaşam tərzində təhlükə yaratmaqdadır. Belə ki, insanlar sərinləşmək üçün kondinsionerlərdən istifadə etdiyindən şəhərdə tez-tez elektrik enerjisi kəsilir. Digər tərəfdən isə susuzluq ciddi problemə çevrilib. Bu ildə havaların həddindən artıq isti olması şəhər əhalisinin həyatını təhlükə qarşısnda qoyub. Pulu olan şəhər sakinləri artıq dəniz sahilindəki Kəraçiyə və Quetə köç edir. Köçə bilməyənlər isə Günəş panellərindən istifadə etməklə alternativ enerji mənbəyini təmin edir.
Elm adamlarının dediyinə görə, qlobal istiləşmənin daha çox Asiya və Afrikada ciddi fəlakətlərə yol açması gözlənilir. Bu da öz növbəsində kütləvi köçə səbəb olacaq.
Tarix: 17-08-2021, 07:57
Xəbəri paylaş



Xəbər lenti