BMT-dən xəbərdarlıq: 23 ölkədə aclıq fəlakəti gözlənilir


BMT-dən xəbərdarlıq: 23 ölkədə aclıq fəlakəti gözlənilir
Ötən il dünyada 155 milyon insan aclıq fəlakəti ilə üzləşib ki, 2021-ci ildə bu rəqəm daha da artacaq
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) strukturları tərəfindən hazırlanan son hesabata əsasən, dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edib.
 
AYNA xarici mediaya istinadən bildirir ki, hesabatda Efiopiyanın Tiqray bölgəsində 401 min nəfərin aclıqla üzləşdiyi, bunun isə 2011-ci ildə Somalidə baş verən fəlakətdən də dəhşətli olduğu qeyd edilib.
 
Bundan başqa, Madaqaskarın cənub bölgəsi, Yəmən, Cənubi Sudan və Şimali Nigeriyada kəskin ərzaq qıtlığı yarandığı qeyd edilib. Vurğulanıb ki, bu ölkələrdə aclığın əsas səbəbi quraqlıqdır.
 
BMT-nin ekspertləri qeyd ediblər ki, ötən il dünyada 155 milyon insan aclıq fəlakəti ilə üzləşib ki, 2021-ci ildə bu rəqəm daha da artacaq. Artımın əsas səbəbi COVID-19 pandemiyası, silahlı münaqişələr, quraqlıq və bu ölkələrdə yarıtmaz idarəçilikdir.
 
Hesabatda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Konqo, Haiti, Honduras, Sudan və Suriyada da aclıq təhlükəsi olduğu bildirilib.
Tarix: 1-08-2021, 14:53
Xəbəri paylaş



Xəbər lenti