Etirazçılar Baş nazirin istefasını tələb edirlər Gürcüstanda siyasi böhran davam edir. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, müxalifət və media nümayəndələri Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.
Bu gün siyasi vəziyyət daha da kəskinləşib. Onlarla adam hakim partiyanın baş ofisinin qarşısına gələrək Baş nazirin istefasını tələb edib.
Qeyd edək ki, Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bələdiyyə seçkilərinə iki ay qalmış Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə əldə edilən siyasi böhranın həllinə dair razılaşmanın ləğv edildiyini elan edib.
Hakim partiyanın qərarı müxalifəti qəzəbləndirib. İndiyə qədər müxalifət partiyalarından bəziləri yalnız tənqidlərlə kifayətlənirdi, bəziləri isə öz fəaliyyət planlarını düşünürlər. Artıq bəzi müxalif deputatlar mandatlarından imtina etdiklərini açıqlayıblar.
Tarix: 29-07-2021, 16:02