Rusiyanın məxfi silahı Avropanın düz mərkəzində ABŞ-a zərbə vurub - İLGİNC
Amerikalı tərfdaşların ruhi vəziyyətində yenə də kəskinləşmə müşahidə olunur, onlar yenə də Rusiya tərəfdən hansısa təhlükə seziblər – bu dəfə artıq Vyanada. ABŞı-n Avstriyadakı səfirliyinin bir neçə əməkdaşı mütəmadi baş ağtıları, ürək bulanması, baş gicəllənməsi, səbəbsiz qorxulardan şikayət ediblər. Məsələnin şərhi RİA Novosti-dən Viktoriya Nikiforovanın materialında.
Düşünürsən ki, hə, burada nə var ki? Diplomatik xidmət təhlükəli və çətindir, tez-tez rəsmi və qeyri-rəsmi səviyyədə, qalstuklarla və ya qalstuksuz şəraitdə içki məclisləri olur. Ertəsi gün isə səhərdən adamın əhvalı yaxşı olmur. Lakin uzun illər boyu amerikalı diplomatlar bu xoşəgəlməz simptomlardan aspirin və sodalı suyun köməyi ilə canlarını qurtarırdılar.
Amma bu iş o işdən deyil. Diplomatların baş ağrılarının "Havana sindromu" olması rəsmən elan olunub. Ehtimal olunur ki, həmin bu içkidn sonrak başağrı... Lənətə gələsən, kor şeytan... Həmin bu "Havana sindromu"nun səbəbi rus xisusi xidmət orqanlarının Vyanada necəgəldi tətbiq etdikləri, ölüm şüalarına bənzər, hansısa fantastik silahın təsiridir.
Maraqlısı odur ki, həmin bu silahın məhz amerikalılara qarşı yönəldilməsi qabarıq görünür. Milyonlarla vyanalı və onlara sığınan miqrantlar isə bu tipdə heç nə hiss etmirlər. Yaxud da ki, onların köməyinə elə aspirin gəlir.
Bu gün "Havana sindromu" barədə ən nüfuzlu Amerika məcmuələri də yazır. Baş gizəllənməsi və ürək bulanması ilə bağlı hadisələri Vaşinqtonda tam ciddiyyəti ilə öyrənirlər. Dövlət departamenti alimlərdən ekspertiza aparılmasını istəyir. Mərkəzi kəşfiyyat idarəsinin direktoru Uilyam Berns "anlaşılmayan insidentlərdə zərər çəkmiş, sağlamlığına ziyan dəymiş" işçilərlə şəxsən söhbətlər aparır.
Yox... Əlbəttə ki, biz belə şeylərə öyrəşmişik. Bir qədər əvvəl amerikalı tərəfdaşlar dünya ictimaiyyətini inandırırdılar ki, ruslar onların hava məkanına naməlum uçan obyekt (NUO) buraxırlar. Amma gəlin baxaq, nə üçün bu, "Havana" sindromudur və ümumiyyətlə bunun Vyanaya nə dəxli var?
Məsələ bundadır ki, dövlət departamentinin çoxgedişli oyunlarının ssenari müəllifləri elə eyni, artıq sürtülmüş bir trafaret üzrə işləyirlər. Onlar elə 2016-cı ildə də informasiya məkanına eynilə bu cür uydurmalar atırdılar. O vaxt hadisələr Havanada cərəyan edirdi.
Bir müddət əvvəl prezident Obama Kubaya qarşı sanksiyaları bir qədər yumşaltdı və hətta Havanaya səfər də etdi. "Moxito diplomatiyasının" uğuru təqribən yarım əsrlik fasilədən sonra burada ABŞ səfirliyinin açılması oldu. Qonaq gələn diplomatları Heminqueyin sevimli barında kokteylllərə gen-bol qonaq etdilər.
Lakin ABŞ-ın növbəti prezidenti Donald Tramp Obamanın bütün sərəncamlarının və Kuba ilə elə təzəcə balamış dostluğun üstündən xətt çəkdi. Münasibətlərin soyumasının rəmzi səfirlik işçilərinin sayının azalması olmalı idi. Və elə bu vaxt, sanki sifarişlə olurmuş kimi, Havanada olan amerikalı diplomatlar və MKİ əməkdaşları elə eyni simptomlardan – baş ağrısı, eşitmə qabiliyyətinin itirilməsindən, səbəbsiz qorxu hissindən şikayət etmyə başladılar. Bundan əlavə onların qulağına davamlı olaraq hansısa səslər də gəlirdi.
Dövlət departamenti alimlərə tədqiqatın aparılmasını sifariş etdi. ABŞ hakimiyyəti ehtimal edirdi ki, diplomatlar hansısa "mikrodalğalı" və ya "səsli" silahın hücumuna məruz qalıblar.
Sağlam düşüncəli adam üçün mikrodalğalı silahın necə olduğunu təsəvvür etmək çətindir. Ehtimal ki, ideyanın müəlliflərinin gözünə paslanmış avtomobildə diplomatların koteclərinə yaxınlaşan Petrov və Boşirov görünüblər. Yəqin ki, onlar avtomobilin şüşələrini endirərək əvvəlcədən özləri ilə gətirdikləri mikrodalğalı silahın ucunu çölə çıxarır və onları koteclərin pəncərələrinə tuşlayırlar.
"Səsli silah" barədə məlumatlar da elə eyni dərəcədə ağlasığmaz təəssürat bağışlayırdı. Hərbçilərin həqiqətən də akustik təsir vasitələri var. Onlar sadəcə olaraq bu vasitələrlə həddən artıq yüksək səslə insan izdihamını kar edirlər. Yəni, əgər bu məkrli ruslar səs dalğaları ilə amerikalı diplomatların beyinlərinə təsir etməyə cəhd etsəydilər, bunu bütün Havana əhli də eşitməli idi. Amma gəlin bu boş uydurmanın səviyyəsinə baxın – sən demə, bu, səsi eşidilməyən səsli silah imiş.
Dövlət departamentinin bu cəfəng uydurmalarına hətta ABŞ mətbuatı da gülürdü. Vanity Fair jurnalı YouTube-da yerləşdirilmiş çarxların mütəxəssislər tərəfindən necə öyrənildiyini ətraflı şəkildə təsvir edib. Uzun mülahizələrdən sonra, onlar audiofaylda eşidilən səslərin "ciggilti" olduğunu müəyyən etdilər. Zooloqlar, ornitoloqlar, bioloqlar, nevroloqlar və psixiatorlarla məsləhətləşmələrdən sonra onlar elmi cəhətdən əsaslandırılmış qərarı dərc etdilər: məlum oldu ki, həmin bu qəribə səslərin mənbəyi Kubada olan çəyirtkələr imiş.
"Bəli, çəyirtkələr. Düzdür, bəzi alimlər bunların sikada olduğunu düşünürdülər… Lakin biologiya professoru Allen Sanborn xüsusi olaraq izahat verdi ki, sikada yalnız o zaman insanın eşitməsinə xələl gətirə bilər ki, bilavasitə onun qulaq kanalına girmiş olsun", - deyə məqalənin müəllifi istehzalı şəkildə yazıb.
Amma, gülmək öz yerində, bu media hücumu isə öz bəhrəsini verdi — ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının sayı kəskin azaldıldı, diplomatik işçilərin statusu isə aşağı salındı. Ölkəyə qarşı yenidən sanksiyalar tətbiq olundu. Kubalıları amerikalılara qarşı hücumlarda ittiham etdilər. Bunun yanındaca, iki dəfə yerdən durmamaq üçün, elə birdəfəlik, bu işdə rusların əli olduğu da aşkar edildi. The New York Times qəzeti dərin düşüncəli tərzdə qeyd edirdi ki, bəs, ruslar çoxdandır ki,"mikrodalğalı texnologiyalar" üzərində çalışırlar.
Hərdən adama elə gəlir ki, bütün bu ssenarilərin müəllifləri həddən artıq qocalıblar. Düzdür, bir vaxtlar ilk mikrodalğalı sobalar həqiqətən də xalq kütlələrində qorxu yaratmışdı. Amma bunu heç yada salan varmı? Yoxsa, onlar sadəcə olaraq elə 80-ci illərin yaddan çıxmış bestsellerlərini oxuyurlar?
"Havana sindromuna"gəldikdə isə, həm Kuba, hə də ABŞ alimləri vahid bir qənaətə gəldilər ki, əgər amerikalı diplomatlar həqiqətən də nədənsə əziyyət çəkiblərsə, bu elə kütləvi isteriya olub. Lap orta əsrlərdəki monastırlarda olduğu kimi, necə ki, minlərlə rahibənin gözünə eyni zamanda guya İblis görünürdü və onlar bu səbəbdən qıc olur və titrəyirdilər.
Lakin cəmi beşcə il keçdi və budur, "sağlamlığa qarşı naməlum hücumlar" yenidən peyda oldu. Amerika mətbuatındakı xəbərlərə görə, Vyanada hazırda vəziyyət dəhşətlidir.
"Bayden administrasiyasının işçi hipotezi belədir ki, rus kəşfiyyatçıları öz mikrodalğalı cihazlarının üzünü amerikalı əməkdaşlara tuşlayır, bu yolla noutbuklardan, smartfonlardan məlumatarı oğurlayır və onların səhhətinə ciddi zərər vururlar", — deyə çox hörmətli New Yorker jurnalı oxucularına bildirir.
Həqiqətən də... Siz amerikalı diplomatın bir anlıq necə dəhşətlə üzləşdiyini düşünün. Təsəvvür edin ki, günün günorta çağı, sakit və çiçəklənən Rinqştrassenin düz ortasında birdən-birə onun qarşısında baş kəşfiyyat idarəsinin əməkdaşı peyda olur və qəflətən "mikrodalğalı cihazını" şıxararaq ona tuşlayır. Amerikalı əməkdaşların bu halından sui-istifadə etmək istəyənlərin məhz ruslar olacağı elə əvvəlcədən bəlli idi.
The New York Times qəzeti hələ yarım il əvvəl bu barədə yazmışdı — o vaxt Vyanadakı diplomatlar özlərini pis hiss etmələrindən və qorxu hissindən heç düz-əməlli şikayət etməyə də macal tapmamışdılar.
Lakin Havana ssenarisindən bəllidir ki, ABŞ informasiya hücumunun əsas hədəfi Rusiya deyil, Avstriyadır. Biz mikrodalğalı cihazlarımızla bir təhər keçinəcəyik, Vyana üçün isə bu Vaşinqtonun narazılığı barədə ciddi siqnaldır.
Avstriya hökuməti Amerika rejimini özünün nisbi müstəqilliyi və Rusiya ilə münasibət qurmaq bacarığı ilə nəzərəçarpacaq dərəcədə qıcıqlandırır. Ölkənin əsas neft-qa şirkəti olan OMV Group bizim ölkəmizlə hələ Sovet dövründən biznesini inkişaf etdirirdi və "Şimal axını - 2" kəmərinin inşasında da iştirak edirdi. Avstriyanın kansleri Sebastyan Kuts hərdənbir cürətli bəyanatlarla çıxış edir — və bunlar Vaşinqtondan onun ünvanına narsisizm, opprtunizm və Moskva ilə həddən artıq sıx əlaqələrlə bağlı səslənən bağırtılara rəğmən baş verir.
Göründüyü kimi, Vaşinqtonun məqsədləri tamamilə aşkardır – Vyananı qorxutmaq, onu "cəsus yuvası" adlandıraraq sarsıtmaq və Moskva ilə müstəqil əlaqələrinin qarşısını almaq. Amma bütün bu təxribat o qədər axmaqcasına düşünülüb ki, sanki onun müəllifləri bununla heç nəyə nail ola bilməyəcəklərini əvvəlcədən bilirlər.
Hərdən elə gəlir ki, amerikalı strateqlər öz imiclərinə necə zərbə vurduqlarını anlamırlar. Yəqin ki, bir vaxtlar Vaşinqtonun cazibəsindən, o cümlədən intellektual cazibəsindən ovsunlanmaq olardı. Bu gün isə həmin o zərafətdən, heç kimin üçün nəzədə tutulduğu da bilinməyən, axmaq atmacalar qalıb — gah NUO-dan danışırlar, gah mikrodalğalı silahdan dəm vururlar. Bu yolla nəinki yeni müttəfiqlər qazanmaq, heç köhnələri də qoruyub saxlamaq mümkün deyil. Ağıldan kəm dövlət kimə lazımdır ki? //sputnik.az//
Tarix: 21-07-2021, 23:10
-
Bu gün, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Bu gün, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO