İranda etirazlar davam edir-1 polis zabitinin öldürüldüyü bildirilir
Iranın cənub-qərbində yerləşən Xuzestan əyalətində keçirilən etirazlar zamanı baş verən toqquşmalarda 1 polis zabiti öldürülüb. Azadlıq Radiosunun fars xidməti yazır ki, artıq 6 gündür ki, əyalətdə su qıtlığı və elektrik kəsilmələrinə etiraz olaraq aksiyalar keçirilir. Ümumilikdə baş verən qarşıdurmalarda azı 3 nəfərin öldüyü bildirilir. İRİB Dövlət televiziyasının iyulun 21-də verdiyi məlumata görə, polis zabiti liman şəhəri olan Bəndər Mahşəhr şəhərində gecə saatlarında baş verən atışmada ölüb.İnsident zamanı həmçinin 1 polisin yaralandığı bildirilir. Mənbə yazır ki, İran son 50 ildə görünməmiş quraqlıqla üzləşib və nəticədə kənd təsərrüfatına ciddi ziyan dəyib. Çaylarda suyun səviyyəsinin azalması həmçinin bir neçə vilayətdə elektrik enerjisinin də kəsilməsinə səbəb olub. İranda etiraz aksiyasıMənbə yazır ki, bütün bunlar, olkənin Covid-19 pandemiyası və ABŞ-ın sanksiyaları ilə üzləşdi vaxta təsadüf edir. Bundan əvvəl neft sənayesində çalışan minlərlə fəhlə də maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdilər. Rəsmilər hələlik iyulun 15-də baş verən etirazlarda 2 gəncin ölüm xəbərini təsdiqləyiblər.Amma qeyri-rəsmi məlumatlarda ölü sayının 5 nəfər olduğu bildirilir. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, həmin iki gənc etirazçını təhlükəsizlik qüvvələri öldürüb.Amma yerli hakimiyyət bu məlumatı təkzib edir. Sosial şəbəkələrdə son günlər İranın müxtəlif yerlərində keçirilən etirazların foto və videoları paylaşılır.Bəzi videolarda atəşma səsləri də eşidilir. İranın “Etemed” qəzeti Əhvaz əyalətində internetin məhdudlaşdırıldığını, Şadeqanda isə tamamilə kəsildiyini xəbər verir. Azadlıq radiosu