"Əlimizdə ABŞ və İD-nin əməkdaşlıq faktı var" - Rusiya XİN



Rusiyanın əlində Amerika Birləşmiş Ştatları (ABŞ) və «İslam dövləti»nin (İD) Əfqanıstanda əməkdaşlıq faktı var.
Bu barədə iyulun 20-də Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov «Valday» beynəlxalq diskusiya klubunda keçirilən onlayn-diskusiyada bəyan edib.
O, həm də xəbər verib ki, əfqan danışıqlarında proqresin olmadığı halda taliblər Əfqanıstanda hakimiyyəti götürə bilərlər. Bu zaman taliblərin Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədini keçməsi barədə heç bir fakt yoxdur. Əfqanıstanın özündə hərəkat hələlik əyalətlərin böyük inzibati mərkəzlərini ələ keçirmək gücündə deyil.
«Taliblər hələlik əyalətlərin böyük inzibati mərkəzlərini götürmək gücündə deyillər. Baxmayaraq ki, mən istisna etmirəm, gələcəkdə taliblər iki və ya üç inzibati mərkəzi nəzarət altına ala bilərlər, amma onların bunun üçün yetərincə gücü yoxdur, başlıcası isə əlavə olaraq böyük əyalətləri əldə saxlamaq gücünə malik deyillər» - o, bildirib.
Xəbər verildiyi kimi, əfqan danışıqlarının Dohada növbəti görüşü nəticə verməyib. Tərəflər yalnız sülh danışıqlarını davam etdirmək niyyəti barədə qısa bəyanat qəbul ediblər. Bəyanatda döyüş əməliyyatlarının intensivliyini aşağı salmaq və ya atəşkəs barədə heç bir xatırlatma yoxdur.
AzPolitika.info
Tarix: 21-07-2021, 09:56
Xəbəri paylaş



Xəbər lenti