“QAİ”-nin keçmiş rəis müavini həbs olundu, 22 mənzili tapıldı...

“QAİ”-nin keçmiş rəis müavini həbs olundu, 22 mənzili tapıldı...
Rusiya hüquq-mühafizə orqanları Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş “QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkini həbs edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır.
 
“RİA Novosti” agentliyinə danışan mənbə deyib ki, Kaçkin Voronejdə iyulun 19-da saxlanılıb. Onun iqtisadi xarakterli cinayətlərdə şübhəli bilindiyi xəbər verilir.
 
DİN regional idarəsində “ərazi şöbəsinin bölmələrindən birinin rəhbərinin” saxlanıldığını təsdiqləyiblər. Amma ad açıqlamayıblar, bildiriblər ki, həmin əməkdaş artıq xidmətdən kənarlaşdırılıb, barəsində xidməti yoxlama gedir.

Tarix: 21-07-2021, 09:37
Xəbəri paylaş



Xəbər lenti