Rusiya və Çin qlobal strateji sabitliyin, silahlar üzərində nəzarətin saxlanması məsələləri üzrə oxşar mövqeyə malikdirlər, onlar hərbi əməkdaşlığı uğurla inkişaf etdirirlər - istisnasız olaraq, müdafiə məqsədilə.Bu barədə iyulun 16-da Rusiya xarici işər naziri Sergey Lavrovun dərc olunmuş məqaləsində söhbət açılır.
«Təsadüfi uyğunluq və ya Rusiya ilə Çinin qlobal strateji sabitliyin, silahlar üzərində nəzarətin, terrorla mübarizənin, digər təhdidlər və çağırışların saxlanmasında yanaşmalarındakı yaxınlığı məmnunluqla qeyd edirik» - məqalədə qeyd edilir («Rossiyskaya qazeta»).
Nazir ona diqqət yönəldib ki, hər iki ölkə uğurla və məhsuldar olaraq BMT, ŞƏT, BRİKS, «İyirmilər qrupu» və s. çoxtərəfli meydançalarda qarşılıqlı fəaliyyət göstərirlər.
«Suriya və Əfqanıstan üzrə tənzimləmə işində, İranın nüvə proqramı üzrə addımlarımızı koordinasiya edirik. Bizim ölkələrimiz Asiya-Sakit okean bölgəsinin dinc inkişafını, orada bərabər və bölünməz, bloklardan kənar yanaşmaya əsaslanan təhlükəsizlik mexanizmlərinin yaradılmasını dəstəkləyir» - Lavrov qeyd edib.
O, iki dövlətin hərbi sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.
AzPolitika.info
Tarix: 17-07-2021, 09:01