“O, özünün də etiraf etdiyi kimi, "eşşəyi" işə salır, ancaq elə görüntü yaradır ki, guya deyilənləri başa düşmür...” “Levon Ter-Petrosyan hesab edir ki, Paşinyan, sadəcə, rusların ona dediklərini anlamır. Deyirlər, yəqin ki, oktyabrın 19-da(söhbət oktyabrın 19-da Rusiya prezidentinin Ermənistan baş nazirinə hərbi əməliyyatları dayandırmaq təklifindən gedir-S.L.) Paşinyan Putinin ona nə dediyini anlamadı”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin “Qolos Armeniyi” nəşrindəki “Eşşəklər su başında” adlı məqaləsində erməni şərhçi Ruben Marqaryan yazıb.
“Bu, Ter-Petrosyanın versiyasıdır. O ya çox humanist bir şəkildə özününkünü(Paşinyanı-S.L.) qoruyur, yaxud, sadəcə, səhv edir. Axı Paşinyan kiminsə dediklərini etmək istəmədikdə, özü də bir səs yazısında etiraf etdiyi kimi, "eşşəyi" işə salır, ancaq elə görüntü yaradır ki, guya deyilənləri başa düşmür. Başqa sözlə, özünü qanmaz yerinə qoyur..... Bu, onun ən sevdiyi bu cür diplomatik fəndidir…” –deyə məqaləsinin davamında R.Marqaryan bildirir.
Sultan Laçın
Tarix: 8-07-2021, 15:58