
“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Məlumatda deyilir ki, Ukraynaya aid olduğu güman edilən dron çimərliyə gələnlərin üzərinə düşüb.
Hadisənin Gelencik yaxınlığındakı Arxipo-Osipovka məntəqəsində baş verdiyi bildirir. PUA-nın HHM vasitələrilə vurulduğu üçün çimərliyə düşdüyü güman olunur.
Son məlumatlara görə, nəticədə üç nəfər həlak olub, 13 nəfər yaralanıb.
“AzPolitika.info”