Qapılar açılıb: Dünyanın ancaq 3 ölkəsi hamını qəbul edir - HESABAT


Qapılar açılıb: Dünyanın ancaq 3 ölkəsi hamını qəbul edir - HESABAT

Dünyanın 30 faiz ölkəsi bütün turistlər üçün tamamilə bağlıdır.
Cebhe.info xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında bildirilir.
1 iyuna olan məlumata görə, bu ölkələrin əksəriyyətinin sərhədləri 2020-ci ilin mayından bağlıdır.
Dünyanın ancaq 3 ölkəsində turistlərə heç bir məhdudiyyət yoxdur. Bu ölkələr Albaniya, Kosta-Rika və Dominikan Respublikasıdır. Bu 3 ölkə bütün ölkələr üçün açıqdır.
34 faiz ölkə müəyyən qədər qapalıdır ki, onların da 36 faizi gələnlərdən koronavirusa qarşı test və ya 14 günlük karantin tələb edir.
Asiya-Sakit Okean regionunda hazırda 70 faiz istiqamət turistlər üçün bağlı qalıb. Avropda isə bu rəqəm 13 faizdir. Şimali və Cənubi Amerikada bu rəqəm 20 faiz, Afrikada 19 faiz, Yaxın Şərqdə 31 faizdir.
Sərt karantinin hökm sürdüyü ölkələrdə vaksinasiya ən aşağı səviyyədədir.
Tarix: 6-07-2021, 14:23
Xəbəri paylaş



Xəbər lenti