“Kreml risk etməz, NATO və Rusiya orduları “Tesla” və “Zaporojets” kimidir” – ABŞ hərbçisi

“Tesla” və “Zaporojets”“Tesla” və “Zaporojets”

“Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə daha rahat davranmağa başlayıb və onu təhlükəli əraziyə çevirir. Buna baxmayaraq, bu dəniz böyük bir strateji rol oynamır - hər an NATO tərəfindən qapadıla bilər. Alyansın və Rusiyanın hərbi imkanları müqayisəedilməzdir. Ukrayna Azov dənizindəki hüquqlarını qorumağa davam etməli və düşmənin daha aktiv hücum əməliyyatlarına hazır olmalıdır”. Bu fikirləri Ukraynanın “Observer TV” kanalının efirində ABŞ Donanmasının birinci dərəcəli kapitanı Harry Tabakh deyib.

“1997-ci ildə ilk “Sea Breeze” təlimlərindən birində iştirak etdim. Hər il daha geniş miqyas alır. 30-dan çox ölkə iştirak edir. Üstəlik, təlimlər yalnız dənizdə deyil, quruda da - xüsusi təyinatlılarla, dəniz piyadaları ilə keçirilir. Bu gün artıq kiməsə, hətta ABŞ-a qarşı təkbaşına mübarizə aparmırıq. Bunlar həmişə koalisiyalardır. Və Ukrayna demək olar ki, bütün koalisiyalarda iştirak edir. Bu cür təlimlər sayəsində hərbçiləriniz peşəkar olur”.
Kapitanın fikrincə, Putinin "bu gün Krımı almasaq, sabah NATO orada olacaq” fikri bir növ cəfəngiyyatdır, çünki bütün Qara dəniz NATO ölkələri ilə əhatə olunmuşdur. Putin bu açıqlamanı Rusiyanı daha etibarlı etmək üçün deyil, daxili istehlak üçün verib. Əksinə, daha çox təhlükə yaradıb”.
Azov dənizi ilə bağlı məsələlərə toxunan ABŞ hərbçisi deyib ki, bura sizin ərazinizdir: “Hərbi qüvvələr yalnız əmri yerinə yetirə bilər və əmr də siyasətçilər tərəfindən verilir. Siyasi iradə olmalıdır, qorxaqlıq, xəyanət olmalı deyil. Bunlar sizin sularınızdırsa, bunun əraziniz olduğunu düşünürsünüzsə, onu qoruyun. Mən psixiatr deyiləm, Putinin fikirlərini oxuya bilmirəm. Ancaq hamımız onun iltihablı bir beyin olduğunu bilirik. Uzun müddət hakimiyyətdə olan və bu qədər gücə sahib insanlar tamamilə fərqli - paranoik bir dünyada yaşamağa başlayırlar. Dostları yoxdur, heç kimə etibar edə bilmir...
NATO və Rusiya ordularını müqayisə etmək “Tesla” və “Zaporojets” avtomobillərini müqayisə etmək kimidir. Hesab edirəm ki, fərq daha da böyükdür. Yalnız yüksək texnologiya, tanklar, təyyarələr və ya hərbi personal sayı deyil, bu həm də peşəkarlıq, hərbçilərin hazırlıq səviyyəsi, təhsilləri, təcrübələri və həyat səviyyəsində irəli gəlir. Kremlin NATO ilə toqquşması özünə qəsddir və buna risk etməz”.
Tarix: 4-07-2021, 16:01
Xəbəri paylaş



Xəbər lenti