Çin beşinci nəsil 15 qırıcını eyni vaxtda havaya qaldırdı - ABŞ-la daban-dabana gedir...


bitmap-img6

Bu gün Pekində, Tyanamen meydanında Çin Kommunist partiyasının yüz illiyinə həsr edilmiş bayram tədbiri zamanı  beşini nəsil 15 J-20 qırıcısı eyni vaxtda havaya qaldırılıb. 

Virtualaz.org xəbər verir ki, bu haqda “South China Morning Post” nəşri bildirir.

Qəzet qeyd edir ki, Çinin stels-qırıcılarının göstəricilərinə dair məlumatların çoxu geniş publikaya ilk dəfə nümayiş etdirilir. Bildirilir ki, Çin J-20 qırıcılarının istehsalını genişləndirir, hərçənd mühərrikin işlənib hazırlanması ilə bağlı problemlərlə üzləşir. Hesab edilir ki, hazırda Pekin 150 vahid J-20 qırıcısına malikdir. Bu da beşinci nəsil qırıcıların sayına görə Çinin ancaq ABŞ-dan geri qaldığını göstərir.

Müqayisə üçün qeyd olunur ki, 2019-cu ildə keçirilən paradda Tyanamen meydanı üzərində cəmi 5 J-20 qırıcısı uçmuşdu.

Rusiya isə beşinci nəsil qırıcılar sahəsində hələ ABŞ və Çindən xeyli geridir. Rusiyanın Su-57 qırıcıları beşinci nəsil təyyarələr kimi təqdim edilsə də onun göstəricilərinə görə F-35 və J-20 qırıcılarından geri qaldığı bildirilir. Üstəlik Rusiya hələ də Su-57 qırıcılarının seriya istehsalını nizamlaya bilməyib. 
Tarix: 4-07-2021, 00:15
Xəbəri paylaş



Xəbər lenti