İsrailin Baş naziri: “Bunun cavabını canları ilə ödəyəcəklər”


İsrailin Baş naziri: “Bunun cavabını canları ilə ödəyəcəklər”
“HƏMAS və “İslami Cihad” qruplaşmaları İsrailə qarşı addımları səbəbindən ağır hesab verəcəklər”
 
“HƏMAS və “İslami Cihad” qruplaşmaları İsrailə qarşı addımları səbəbindən ağır hesab verəcəklər”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
 
“Mənfur düşmənə qarşı birləşmişik. Bunun cavabını canları ilə ödəyəcəklər”, - deyə Netanyahu söz verib.
 
İsrailin müdafiə naziri Beni Qantz da öz növbəsində İsrail Ordusunun HƏMAS hədəflərinə zərbələrin yalnız başlanğıc olduğunu söyləyib. Onun sözlərinə görə, İsrail hərbçilərinin Qəzza zolağında daha çox hədəfləri var.
 
Qeyd edək ki, İsrail bu həftənin əvvəlində İsrail şəhərlərinə raket hücumlarına cavab olaraq Qəzzaya hücumlara başlayıb.
Tarix: 12-05-2021, 14:38
Xəbəri paylaş



Xəbər lenti