Özbək, qırğız və taciklər niyə bir-birilərinə nifrət edirlər? - Rusiya "izi"...
“Özbəkistan, Qırğızıstan və Tacikistan olmaqla üç Orta Asiya müsəlman ölkəsi müstəqilliklərini bərpa edəndən sonra bir-biriləri ilə konfliktədirlər. Özbəkistanla Qırğızıstan müsəlmanla yanaşı, həm də türk ölkələridirlər. Buna rəğmən, özbək, qırğız və taciklər niyə bir-birilərinə nifrət edirlər?”.
Bu sözləri Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.
O, “Sherg.az”a açıqlamasında indiki vəziyyətin tarixi köklərindən danışdı:
““Mərkəzi” və ya “Orta Asiya” adlanan bölgə ikinci dünya savaşınadək “Türküstan” kimi tanınırdı. Türküstanda məşhur Basmaçi hərəkatı ilə Stalin belə bacarmırdı. Sovet-rus imperiyasının işğalı altında olan çoxmilyonlu türk millətindən türk adını unutdurmaq üçün Stalin vahid Türküstanı - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana böldü. Cənubi Qafqaz türklərini də - azərbaycanlı adı ilə pasportlarda yazdırmağa başladılar. Stalin Sovet Rusiyasının işğalı altında olan türkləri bölüb, parçalamaq üçün əlindən gələni etdi. Çünki tarix boyu rus ən böyük təhlükəni türkdə görüb. Bu yaxınlarda müasir Stalin - Putinin koronavirusu türk tayfaları ilə müqayisə etməsi bir daha rusun ən qorxduğu türk olduğunu göstərdi. SSRİ dağılmaq ərəfəsində olanda Özbəkistanda mehseti türklərinin deportasiyası başladı. Moskva türk olduğunu unudan özbəkləri qardaşları mesheti türklərinin üstünə qaldırdı. Məcbur olub Özbəkistanı tərk edən mehseti türklərini, türk olduğunu tam unutmayan Azərbaycan qarşıladı, onların ikinci evləri oldu. Sonra Moskva Fərqanə vadisində qırğız türklərini, özbək türklərinin üstünə saldı. Üstəlik, Moskva İran dilli, amma sünni - müsəlman olan tacikləri, türk sünnü-müsəlman özbəklər və qırğızlara qarşı qoydu. Və 30 ildir ki, ruslar Orta Asiyada “böl-idarə et” siyasətini özləri üçün uğurla yerinə yetirirlər. 30 ildir Orta Asiyada türklü-farslı müsəlmanlar bir-birilərinin qanını tökürlər və burada yeganə udan tərəf Rusiyadır”.
Ə.Məmmədli, həmçinin acınacaqlı vəziyyətdən çıxış yolunu da göstərdi:
“SSRİ dağılanda Özbəkistanda əvvəl türkçü, sonra güclü İslami hərəkat yarandı. Moskvanın dəstəyi ilə yerli partokratlar türkçüləri də, islamçıları da sıradan çıxardı. Tacikistanda da silahlı İslami müxalifət var idi. Onu da yerli kommunistlər məğlub etdilər. Qazaxıstanda türkçülük və islamçılıqdan uzaq olan ziyanlı qazax millətçiliyi inkişaf etməkdədir. Qırğızıstan isə teyplərin idarə etdikləri “banan respublikası”na çevrilib. Qazaxıstan və Orta Asiyanın yeganə qurtuluş və inkişaf yolu Türk-İslam ideologiyasının sintezindədir. Mərkəzi Asiya üçün Moskva ilə metropoliya-müstəmləkə münasibətlərindən yeganə qurtuluş məhz göy-yaşıl Turan gələcəyidir. Mərkəzi Asiyanın, rusun “arxa bağça”sı olmaqdan qurtuluşunun yolu Türkiyə və Azərbaycanla birlikdə təkcə sözdə yox, həm də əməldə sağlam dayaqlar üstündə qurulan Vahid Türk Birliyidir!”
Tarix: 10-05-2021, 23:55
-
Bu gün, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar prosesi sürətləndirir"
-
Bu gün, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Bu gün, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
Dünən, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
Dünən, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
Dünən, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
Dünən, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
Dünən, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
Dünən, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
Dünən, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
Dünən, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
Dünən, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
Dünən, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
Dünən, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
Dünən, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
Dünən, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
Dünən, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
Dünən, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
Dünən, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
Dünən, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO
-
Dünən, 09:49
Əkrəm Həsənov: “Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir”
-
2-08-2026, 23:22
"Yaşayan Nostradamus" növbəti hadisələrin proqnozunu verdi
-
2-08-2026, 23:04
Pakistanda terror törədildi - Xeyli sayda ölən və yaralanan var
-
2-08-2026, 17:50
Rusiya 1900 dron, 1600 KAB və 144 raketlə HÜCUMA KEÇDİ – 16 vilayət VURULDU
-
2-08-2026, 14:09
Hərbi əməliyyatlar üçün hazırlıq başladı – Yeni müharibə qaçılmazdır
-
2-08-2026, 10:20
Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?
-
1-08-2026, 23:02
Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
1-08-2026, 21:19
ŞOK İDDİA: "Atlant" İstirahət Mərkəzində istirahət kabusa çevrildi?
-
1-08-2026, 20:38
Masallıda zibil poliqonundakı yanğın taxıl sahələrinə keçdi
-
1-08-2026, 20:31
“İllərlə yaratdığım biznesi əlimdən aldılar” – Köhnə şəhərdə təzə oyunlar