Bu gündən Gürcüstanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə ölkə miqyasında tətil elan edilib. APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinaisya Şurası tərəfindən qəbul edilib.
Qərara əsasən, tətil mayın 11-dək davam edəcək. Hökumət bu müddət ərzində dövlət və özəl müəssisələrə distant qaydada fəaliyyət göstərməyi tövsiyə edib.
Qeyd edək ki, Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Məhdudiyyət şəhərlərarası sərnişin daşımalarına şamil edilməyib.
Tarix: 4-05-2021, 10:49