Reyqanın məsləhətçisi yazırdı:“Türkiyə arxivlərini açdı, ermənilər isə...”





“...Öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər”

“Əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq”

“O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”




“Bəzi dostlar qondarma erməni soyqırımı ifadəsini ABŞ Prezidenti Ronald Reyqanın işlətdiyini deyir. Əslində isə ötən əsrin 80-ci illərində ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feysnin "erməni soyqırımı"  araşdırmaları ilə bağlı fikirləri bunun əyani təsdiqidir”. 
 Bu sözləri tarixçi Kamran Əsədov deyib.
 O, bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“ F.Feysn yazırdı: "Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vaxt Avropa ölkələrinin və Osmanlı İmperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq.

Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım"la bağlı söylədikləri əsassızdır. "Erməni soyqırımı" haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vaxt Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar.

Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan, ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu.

Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən, Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər.

Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar””.

Tarix: 1-05-2021, 18:19
Xəbəri paylaş



Xəbər lenti