Sabiq Prezident: “Ukrayna Polşadan 50 il geri qalıb”


Sabiq Prezident: “Ukrayna Polşadan 50 il geri qalıb”
Leonid Kravçuk: “Barışmasaq, ölkəni böyük bir gecikməyə düçar edəcəyik”
 
Ukraynanın ilk Prezidenti və Donbass üzrə Üçtərəfli Təmas Qrupunun Kiyev nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk ölkəsinin sosial və iqtisadi inkişaf baxımından Polşadan təxminən 50 il geri qaldığını söyləyib.
 
AYNA xarici mediaya istinadən bildirir ki, keçmiş Prezidentin fikrincə, bu vəziyyətin səbəblərindən biri də ukraynalılar arasında milli strategiya ilə bağlı ümumi fikirlərin olmamasıdır: “Eyni zamanda tarixi fərqliliklərə əsaslanan münaqişələrdir. Ona görə də barışmağa məcburuq. Barışmasaq, ölkəni böyük bir gecikməyə düçar edəcəyik”.
 
Bundan əvvəl Kravçuk, özünü “dövlət” elan etmiş “Donetsk Xalq Respublikasının” sakinləri ilə söhbət zamanı bölgədəki münaqişə bitdikdən sonra Kiyevin onları cəzalandırmayacağını qeyd edib.
 
Münaqişəyə təhrik etməkdə günahı bir daha Rusiyada gördüyünü deyən sabiq Ukrayna lideri deyib ki, gec-tez tərəflər barışıq barədə razılığa gələ biləcəklər.
Tarix: 30-04-2021, 23:57
Xəbəri paylaş



Xəbər lenti