PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb. Pravda.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə daxili işləri naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.
Tarix: 29-04-2021, 00:02