"Britaniyaya qarşı sanksiyalar tətbiq edilə bilər" - Fransa XİN



““Brexit”dən sonra ticarət sazişinə riayət etməzsə Avropa İttifaqı ölkələri rəsmi Londona qarşı sanksiyalar tətbiq edəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Kleman Bon deyib.
“Böyük Britaniya tərəfindən saziş pozularsa bu ölkəyə qarşı sanksiyalara səbəb ola biləcək hüquqi prosedurumuz mövcuddur”, - deyə o, “BFM Business” telekanalının efirindən bildirib.
Onun sözlərinə görə, Şimali İrlandiya və balıqçılıq sahəsində hüquqlara dair öhdəliklər yerinə yetirilməzsə, təsir tədbirləri görülə bilər.
Tarix: 27-04-2021, 20:01
Xəbəri paylaş



Xəbər lenti